Əsas kapitala yönəlmiş ümumi vəsaitin 57,9 faizi sənaye və tikintiyə sərf olunub
Bakı, 18 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 41,1 faizi sənaye, 34,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 16,8 faizi tikinti, hər birində 2,5 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, informasiya və rabitə sahələrinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində sözügedən vəsaitin - 0,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,5 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,4 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, inzibati və yardımçı xidmətlərin göstərilməsi, təhsil, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.