“ƏSRİN MÜQAVİLƏSİ”NİN HƏYATA KEÇİRİLMƏSİNDƏGÖMRÜKÇÜLƏRİN FƏALİYYƏTİ TƏQDİRƏLAYİQDİR
1995-ci ildən başlayaraq bağlanmış müqavilələr əsasında çox sayda yük idxal olunmuş və həmin yüklərin gömrük rəsmiləşdirilməsinin operativ və sadələşdirilmiş qaydada aparılması məqsədilə Bakı Baş Gömrük İdarəsinin nəzdində "Sahil" gömrük postu yaradılmış, neft və neft məhsullarının, eləcə də enerji daşıyıcılarının gömrük rəsmiləşdirilməsinin səmərəliliyinin artırılması, bu növ malların hərəkətinə daha da əlverişli şərait yaradılması məqsədilə Enerji gömrükxanası təşkil olunmuşdur.
Bundan başqa, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sektorunda fəaliyyət göstərən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinliklərində yerləşən hissəsində tammiqyaslı işlərin başlanması ilə əlaqədar Azərbaycan Respublikasının ərazisinə böyük miqdarda idxalı nəzərdə tutulan malların saxlanılması və təyinatı üzrə istifadə olunması, onların vaxtında və operativ surətdə gömrük rəsmiləşdirilməsinin aparılması və onlar üzərində gömrük nəzarətinin həyata keçirilməsinin səmərəli surətdə təmin edilməsi məqsədilə Sahil qəsəbəsi ərazisində "BP Eksploreyşn Kaspian Si LTD" şirkətinin əməliyyat anbarının yaxınlığında "Yeni Sahil" gömrük postu yaradılmışdır.