Azərbaycan Dövlət İnformasiya Agentliyi

“EUPEC-AZƏRBAYCAN” BİRGƏ MÜƏSSİSƏSİNİN İCRAÇI DİREKTORU PİTER BLÜMENİN ÇIXIŞI

-Zati-aliləri cənab Baş nazir!

Xanımlar və cənablar!

Bizim “Eupec-Azərbaycan” birgə müəssisəsinin təntənəli açılışında belə yüksək vəzifəli şəxslərin iştirak etməsindən şərəf duyuruq. Böyük məmnunluq hissi ilə birgə müəssisəmizin və bp-Azərbaycan şirkətinin işçiləri adından bizim hörmətli qonaqlarımıza, sənaye təmsilçilərinə və mətbuat nümayəndələrinə xoş gəlmisiniz deyirəm. Onlardan xahiş edirəm ki, bu mühüm mərasimi bütün Bakı şəhərinə, gözəl Azərbaycan diyarına və beləliklə, bütün dünyaya yaysınlar.

“Eupec-Azərbycan” “Eupec Pipe Coatings” Almaniya və “Azpetrol Croup” şirkətləri arasında yaradılmış birgə müəssisədir. “Eupec” şirkətinin baş ofisi Almaniyada yerləşir. Bu şirkət Almaniyadan əlavə, dünyanın Fransa, İspaniya, Amerika Birləşmiş Ştatları, Hindistan, Braziliya kimi ölkələri ilə yanaşı, indi Azərbaycanda da boruların korroziyaya qarşı örtüklənməsi ilə məşğuldur. “Azpetrol” bizim yerli tərəfdaşımızdır və onun əlavə təqdimata ehtiyacı yoxdur. Bu çoxsahəli qrupda idarəçiliyi cavan, enerjili, düşüncəli menecerlər həyata keçirirlər. Onlar minlərlə azərbaycanlıya iş yerləri yaradırlar.

Bu gün Azərbaycanda investisiyalar üçün əlverişli və davamlı iqtisadi, siyasi sabitlik mövcud olmasaydı, bizim zavodun yaradılması da mümkün olmazdı. Əlverişli investisiya mühiti yaratdığına görə, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Heydər Əliyevə öz minnətdarlığımızı bildiririk.

Bu gün əlverişli iş şəraiti və sərbəst fəaliyyət imkanlarının yaradılması, habelə idarə edilməsi Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin nəticəsidir.

Bugünkü biznes dünyasında birgə müəssisələrin yaradılması haqqında qərar qəbul etmək çox da asan deyildir. Bu, geniş işçi qüvvəsi, kompleks maliyyə, əlbəttə ki, digər potensial investisiya imkanları axtarıb tapmaq nəticəsində mümkün ola bilər. Burada belə bir zavodun yaradılması xarici investorların Prezident Heydər Əliyevin nəzarəti altında Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətə inamının göstəricisidir. Beynəlxalq müsabiqədə qalib gələrək, belə böyük və vacib müqavilənin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən bizim birgə müəssisəmizə verildiyinə görə öz razılığımızı bildiririk. Beləliklə, birgə müəssisənin yaradılması üçün hətta sərmayə ayrılmasından öncə nəinki Azərbaycana, həm də hər bir təsisçiyə ayrı-ayrılıqda yüksək etimad göstərilmiş oldu. Bu günə kimi təqdim olunan imkanlar sayəsində, bizim birgə müəssisə qarşıdakı üç il ərzində Xəzərdə bütün sualtı boru kəmərlərində korroziyaya qarşı beton vasitəsilə ağır örtükləmə işlərini yerinə yetirəcəkdir. Söhbət “Azəri-Çıraq-Günəşli” layihəsinin birinci və ikinci fazaları və “Şahdəniz” layihəsindən gedir. Zavod xaricdən gətiriləcək və diametri 48 düymə çatan, uzunluğu isə 10 - 12,5 metrədək olan boruları örtükləmək üçün nəzərdə tutulubdur. Müəssisənin örtükləmə gücü bir növbədə, təxminən 150 borudur. Qeyd edək ki, bu rəqəm korroziya və beton örtüklərinin qalınlığından asılıdır. Bütün çılpaq və korroziyaya qarşı örtüklənmiş boruların istehsal sahəsinə qaldırılması əməliyyatları vakuum avadanlığı ilə təchiz olunmuş kranlar vasitəsilə həyata keçirilir. Beton örtüyü olan boruların sahədə yığılması üçün hidravlik yayıcılardan istifadə edilir.

Xanımlar və cənablar!

Qarşınızdakı xeyli miqdarda boru ancaq istifadə etmək üçün nəzərdə tutulubdur. Gördüyünüz kimi uzunluğu 345 kilometrə yaxın olan, təxminən 28 min borunun örtüklənməsi, demək olar ki, başa çatıbdır. Siz istehsal və ofis binalarını, infrastrukturun tərkibində olan yolları, içməli və sənaye məqsədli su sistemlərini, propan qaz xəttini və yeni tikilmiş dəmir yolunu və limanı da görürsünüz. Təsəvvür edin, bir il bundan əvvəl bu sahə bom-boş bir ərazi idi.

Mən böyük dəstəklərinə görə bu mərasimdə dövlət orqanlarına və hökumətə təşəkkürümü bildirmək istərdim. Onların köməyi olmasaydı, biz bu zavodu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə müqavilənin imzalanmasından sonra cəmi altı ay ərzində istifadəyə verə bilməzdik.

Bizim istehsalatı bilən mütəxəssislər təsdiqləyə bilərlər ki, bu zavod boru örtükləmə sənayesində istifadə olunan texnologiyaya görə, keyfiyyət və təhlükəsizlik baxımından dünyada ən müasir müəssisələrdəndir. İşçilərimizin ümumi sayı təxminən 350 nəfərdir. Bunun 90 faizi Azərbaycan vətəndaşlarıdır. Müəssisəyə ümumi kapital qoyuluşu 15 milyon ABŞ dollarından çox olmuşdur. Zavodun nəqliyyat, gəmiçilik, yemək təminatı, səhiyyə və sair bu kimi sahələrə məsrəflərini lazımınca qiymətləndirməmək qeyri-mümkündür. Bizim fəaliyyət dairəmiz neft sənayesi üçün boruların örtüklənməsi ilə məhdudlaşmır. Biz regionda istifadə olunan su, qaz kəmərlərinin örtüklənməsini də təklif edə bilərik.

Yekun olaraq demək istərdim ki, bizim məqsədimiz bu müəssisəni Xəzər regionunun boruörtükləmə mərkəzinə çevirməkdir.

Hörmətli cənab Baş nazir!

Cənablar!

Biz bu məqsədə ancaq sizin daimi diqqət və qayğınız nəticəsində, yaratdığınız sülh və siyasi sabitlik mühitində nail ola bilərik.

Mən şərəf hissi duyuram ki, indiyə kimi hər kəs bu işdə iştirak edib və gələcəkdə də iştirak edəcəkdir.

Cənab Baş nazir, xahiş edirəm bu hədiyyəni qəbul edəsiniz. Onun dərin mənası var. O, Sizə burada görülən işlərin sirrlərini açacaqdır. Həmin hədiyyə Sizə örtükləmənin strukturuna daha yaxından baxmağa imkan verəcəkdir.

X X X

(Müəssisənin icraçı direktoru Baş nazir İlham Əliyevə xatirə olaraq şüşə qabın içərisində örtüklənmiş rəmzi boru parçası təqdim etdi).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı