“Eurovision-2019” müsabiqəsində ölkəmizdən olan səsverməni elan edəcək şəxsin adı açıqlanıb
Bakı, 1 may, AZƏRTAC
İctimai Televiziya və Radio Yayımları Şirkəti İsraildə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində ölkəmizdən olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirakçılara ölkəmizdən veriləcək səsləri Xalq artisti Faiq Ağayev elan edəcək.
Faiq Ağayev yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək balları İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.
Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” (“Həqiqət”) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.
Şüarı “Arzulamağa cürət et” (“Dare to Dream”) olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə müğənni-bəstəkar Murad Arif olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]