Evlərdən kondisioner və velosiped oğurlayan şəxs yaxalanıb
Bakı, 15 yanvar, AZƏRTAC
Binəqədi rayonunda oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisindəki bir evdən 5 min manat dəyərində elektrik naqili və bir həyətyanı sahədən kondisioner oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş F.Muradov Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Onunla bağlı aparılmış tədbirlər nəticəsində həmin şəxsin daha bir həyətdən kondisioner, bir evin zirzəmisindən isə 1000 manat dəyərində velosiped oğurladığı müəyyənləşdirilib.
Faktla əlaqədar araşdırma aparılır.