Facebook şirkəti ötən il öz rəhbərinin təhlükəsizliyinə və səfərlərinə 9 milyon dollar xərcləyib
Bakı, 15 aprel, AZƏRTAC
Facebook şirkəti ötən il öz rəhbəri Mark Zukerberqin şəxsi təhlükəsizliyinə və səfərlərinə 9 milyon dollara yaxın vəsait xərcləyib.
AZƏRTAC xəbər verir ki, CNN telekanalının yaydığı məlumata görə, bu göstərici 2016-cı ildəki 5,8 milyon dollara nisbətən təxminən 50 faiz çoxdur. 2015-ci ildən etibarən Zukerberqin təhlükəsizliyinə və işgüzar səfərlərinə çəkilən xərclər 20 milyon dollara yaxınlaşıb.
Facebook-dan telekanala bildiriblər ki, bu qayğı onun şəxsi təhlükəsizliyinə şirkətin yaradıcısı, direktorlar şurasının sədri və baş icraçı direktoru qismində vəzifə səlahiyyətlərindən doğan təhlükələrdən irəli gəlir. “Biz kompaniyanın özünün rifahı naminə, Zukerberqin Facebook üçün vacibliyi baxımından bu təhlükəsizlik tədbirlərinin saxlanmasını tələb edirik”, - eyni adlı sosial şəbəkə operatorunun rəhbərliyi telekanala belə deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]