“Fənərbağça”nın sabiq futbolçusu ABŞ klubuna transfer olunub
Bakı, 19 fevral, AZƏRTAC
İstanbulun “Fənərbağça” futbol klubunun sabiq hücumçusu Luiş Nani karyerasını ABŞ-da davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, 32 yaşlı hücumçu Portuqaliyanın “Sportinq” komandasından ABŞ-ın “Orlando Siti” klubuna transfer olunub. Portuqaliyalı hücumçu ilə 2021-ci ilədək müqavilə imzalanıb.
Nani karyerasının debütünü 2005-ci ildə “Sportinq”də edib. Hücumçu Avropanın tanınmış klublarından “Mançester Yunayted”, “Valensiya” və “Latsio”nun formasını geyinib.
Qeyd edək ki, futbolçu cari mövsümdə “Sportinq”in heyətində iştirak etdiyi 24 oyunda 8 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]