Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Müasir dövrün ən mühüm məsələlərindən biri süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlığın gücləndirilməsidir. Yekun sənəd mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı irəli sürülən təklifləri əks etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının açılış mərasimindəki çıxışında səsləndirib.
O qeyd edib ki, bu tədbir dostluğu və qarşılıqlı anlaşmanı qeyd etmək üçün təşkil olunub. Hər kəsi Azərbaycanın zəngin mədəniyyəti və mədəni irsi ilə yaxından tanış olmağa dəvət edirik.