Fevralın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
fevralın 15-dən 16-na keçən gecə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam yenidən yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-3° isti, gündüz 5-9° isti, axşama doğru müsbət 2°-yə yaxın olacaqdır.
Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti, axşama doğru müsbət 2°-yə yaxın olacağı gözlənilir
Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır. Axşam yağıntılı olacağı, qar yağacağı gözlənilir
Temperaturun gecə 9-14° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacağı, axşam isə qar yağacağı gözlənilir.
Temperaturun gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, axşam isə yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır. Axşam qar yağacağı gözlənilir.
Temperatur gecə 3-8° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-16° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır. Axşam az yağıntı olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-3° isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.