CƏMİYYƏT
FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb
Bakı, 15 may, AZƏRTAC
İspaniyanın Santa-Susanna şəhərində bodibildinq və fitnes üzrə keçirilən Avropa çempionatına yekun vurulub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nüfuzlu idman tədbirində 43 ölkədən 1200 atlet mübarizə aparıb.
Avropa çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Xilasetmə və dalğıc işləri şöbəsinin baş məsləhətçisi Adil Cəfərov da iştirak edib. Adil Cəfərov 80 kiloqram çəki dərəcəsində mötəbər yarışın “Masters” kateqoriyasında Avropa çempionatının bürünc medalını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:00]
YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb
- 07.05.2024 [19:17]
40-cı paralel üzərində…
- 07.05.2024 [18:37]