Azərbaycan Dövlət İnformasiya Agentliyi

Filipp Ekozyans: Bakının Ermənistan tərəfə təqdim etdiyi tələbləri tamamilə haqlı hesab edirəm - MÜSAHİBƏ

Filipp Ekozyans: Bakının Ermənistan tərəfə təqdim etdiyi tələbləri tamamilə haqlı hesab edirəm -  MÜSAHİBƏ

Bakı, 24 fevral, N.Məmmədova, AZƏRTAC

Qarabağda nə edilməli olması barədə qərarları Azərbaycan hökuməti qəbul etməlidir. Azərbaycan ərazisində nəzarət-buraxılış məntəqələri də Azərbaycan hökumətinin icazəsi ilə təşkil edilməli, biznes fəaliyyəti də Azərbaycan hökumətinin icazəsi ilə həyata keçirilməlidir. Bakının Ermənistan tərəfə təqdim etdiyi tələbləri tamamilə haqlı hesab edirəm.

Erməni mənşəli tarixçi alim Filipp Ekozyans bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

-Bu yaxınlarda Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Həmin görüşdə Azərbaycan rəhbəri erməni tərəfə bir sıra tələblər səsləndirib. Bu barədə sizin fikrinizi bilmək istərdik...

-Mən Azərbaycan tərəfin tələbləri ilə tanış olmuşam və onları tamamilə haqlı hesab edirəm. Əgər Qarabağ Azərbaycan torpağıdırsa, orada nə edilməli olması barədə qərarları Azərbaycan hökuməti qəbul etməlidir. Azərbaycan Laçın dəhlizindən onun ərazisinə nə daşınmasına nəzarət edə bilməsi üçün nəzarət-buraxılış məntəqəsi təşkil edilməlidir. Azərbaycan ərazisində biznes fəaliyyəti də Azərbaycan hökumətinin icazəsi ilə həyata keçirilməlidir.

-İrəvan illər boyu mümkün qədər çox insana belə bir tezisi təlqin etməyə çalışır ki, guya Qarabağ məsələsi bütün ermənilər üçün ekzistensial xarakterli məsələdir. Bu tezis haradan qaynaqlanır?

-Bu, cəfəng təbliğatın məhsuludur. Qoy bu cəfəngiyyatı yayanlar elə etsinlər ki, ermənilər Ermənistanın özünü, konkret olaraq İrəvanı tərk etməsinlər. Ekzistensial xarakterli problem erməni əhalinin Ermənistan Respublikasından getməsidir. Qoy bu ermənilər əvvəlcə Ermənistanın tamdəyərli sahibləri olsunlar və onu idarə etməyi öyrənsinlər (mən bunu istehza ilə demirəm, tam səmimi-qəlbdən arzu edirəm), sonra isə Azərbaycanın və ya Türkiyənin idarə olunmasında onlara kömək təklif etsinlər.

-Siz uzun müddət Qafqaz xalqlarının tarixini öyrənirsiniz və bu mövzuda bir sıra kitabların, onlarca video-süjetin müəllifisiniz. Sizin fikrinizcə, saxtalaşdırılmış tarixi iddialar səbəbindən bu gün, necə deyərlər, iki od arasında qalmış erməni xalqının əsas bəlası nədən ibarətdir?

-Zaman dəyişdikcə bəlalar da dəyişir: dünən bir qisim bəlalar vardır, bu gün başqa bəlalar. Məsələ həmin bəlaların nə ilə bağlı olmasındadır. Başqa sözlə desək, yüzilliklər boyu təkrarlanan səbəblər nədən ibarətdir? Mənim fikrimcə, əsas bəlalardan biri nüfuzlu azlığın cinayətkar siyasi fəaliyyətidir. Erməni xalqı deyilə xalq hər dəfə ondan ötrü faciəli hadisələrin burulğanına düşəndən əvvəl bir dəstə erməni heç bir səlahiyyətə malik olmadığı halda tarix səhnəsinə çıxaraq bütün xalqın adından çıxış edir. Bu rolda çıxış edən məlikləri də görmüşük, keşişləri də, siyasi xadimləri də. Onlar sadə insanların arzuları ilə hesablaşmadan, hətta bu insanların fikri ilə maraqlanmadan xalqın ziyanına olan qərarlar qəbul edirlər. Güman edirəm ki, onların hamısı öz xalqına pislik etmək istəməyiblər, lakin nəticə belə olub.

Mənim fikrimcə, erməni xalqının mütləq əksəriyyətinin fikri nəzərə alınmaqla taleyüklü qərarlar qəbul etməyə imkan verən bir mexanizm lazımdır, çünki azlıq məsələsində bu xalqın bəxti gətirmir. Mən erməni xalqı haqqında üçüncü şəxs kimi danışıram, çünki erməni diasporuna üçüncü nəsildə mənsubam. Diasporun müasir Ermənistanın sakinlərinin problemlərindən xəbəri yoxdur. Mən yəqin bilirəm ki, erməni diasporu tamam başqa erməni xalqıdır və həmin başqa erməni xalqının bəlaları da tamam fərqlidir. Lakin bu, ayrı söhbətin mövzusudur.

-Xalqın təfəkkürünü necə dəyişmək olar, sizin müəyyən konsepsiyanız varmı? Nədən başlamaq lazımdır?

-Heç şübhəsiz, tarixdən, özü də mötəbər tarixdən başlamaq lazımdır. Mötəbər tarix ermənilərə bir məqamı başa salacaq ki, onlarla yanaşı yaşayan bütün xalqlar bilavasitə onların qohumlarıdır. Ermənilər, türklər və azərbaycanlılar əsrlər boyu qohumluq telləri ilə bağlı olub, bu telləri yalnız millətçilik təbliğatının köməyi ilə qırmaq olar. Bu təbliğat isə həmişə ya siyasətçilərə xidmət edib, ya da siyasətçilərə çevrilmiş din xadimlərinə.

Son 100-150 il ərzində təbliğat öz işini görüb və qonşu xalqların çoxu bir-birindən uzaqlaşıb. Lakin təbliğat nə qədər çalışsa da, bir faktı inkar edə bilmir və inkar edə bilməz ki, bizim ortaq keçmişimiz, ortaq köklərimiz var. Bu ortaq köklərə mental şəkildə qayıtmaq, onların həqiqi tarixini dərk etmək lazımdır. Axı biz sadəcə eyni qayğılarla, eyni ehtiyaclarla, eyni sevinc və kədərlə birləşən insanlarıq. Bir-birimizdən uzaqlaşmaqdansa, ünsiyyət saxlamaq qat-qat faydalı olar. Lakin bunlar ümidlərdir...

Əgər bu gün yaranmış vəziyyətdə ermənilər və azərbaycanlılar mehriban qonşuluq münasibətlərinə qayıtmaq istəyirlərsə, hər bir qərarı, hətta ən cüzi məsələyə dair qərarı ehtiyatla ölçüb-biçməli, hər bir addımı, hər bir sözü götür-qoy etməlidirlər. Qərarlar qəbul edərkən ambisiyalara və ya incikliklərə deyil, ermənilərin və azərbaycanlıların ən adi tələblərinə əsaslanmaq lazımdır. Axı istənilən halda yanaşı yaşamalı olacağıq. Biz bir-birimizdən imtina edə bilmərik. Ən azı eksperiment xatirinə təkcə öz problemlərimiz və arzularımız barədə düşünməməyi sınaqdan keçirtmək olar. Qonşunun problemlərini öz problemlərimiz kimi qəbul etməyə çalışmaq lazımdır. O halda yaxın gələcəkdə yaxşılığa doğru dəyişiklik baş verəcək.

Mənim fikrimcə, Prezident İlham Əliyev bu mənada yeni təfəkkür nümayiş etdirir və Azərbaycan ermənilərinə ağlabatan münasibət göstərir. Mənim üçün aşkardır ki, o, Azərbaycanda - həm Qarabağda, həm də başqa rayonlarda yaşayan ermənilərin təhlükəsizliyini əməli şəkildə təmin etmək niyyətindədir, çünki bu həqiqətən təkcə ermənilərə deyil çoxmillətli və tolerant dövlət olan Azərbaycanın özünə də lazımdır. Azərbaycanda yaşayan bütün ermənilərin Azərbaycan vətəndaşlığına malik olması isə təbii və məntiqi tələbdir. Burada müzakirə edilməli heç bir məqam yoxdur.

-Siz Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşaması ideyasını necə qiymətləndirirsiniz?

-Ermənilərin və azərbaycanlıların birgə yaşaması mötəbər tarix baxımından məntiqli və düzgündür. Bundan əlavə, bizim bu cür birgə yaşamaq təcrübəmiz var. Bir neçə qısa müddət istisna olmaqla bu təcrübə pozitiv olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq