Filippində koronavirusa yoluxanların ümumi sayı 12 min nəfəri keçib
Tokio, 15 may, AZƏRTAC
Filippində son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 215 nəfər artaraq 12091 nəfər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Səhiyyə Nazirliyi məlumat yayıb.
Mayın 15-də yerli vaxtla saat 16:00-a olan məlumata əsasən Səhiyyə Nazirliyi COVID-19 koronavirusuna yoluxma ilə əlaqədar 215 halın qeydə alındığını xəbər verir. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 12091 nəfər təşkil edib.
Eyni zamanda, son sutka ərzində virus yoluxmasından 16 nəfərin öldüyü qeyd edilir. Beləliklə, ölkədə bu virusa yoluxmadan ölənlərin ümumi sayı 806 nəfər təşkil edib. Bununla yanaşı, 2400 nəfərin sağaldığı da bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]