Financial Times: Avropa İttifaqı Misirə 8 milyard dollar ayıracaq
Bakı, 13 mart, AZƏRTAC
Avropa İttifaqı hesab edir ki, Qəzza sektorunda və Sudandakı münaqişələr Misirdə maliyyə problemlərini ağırlaşdıra və Avropaya miqrasiya təzyiqini artıra bilər. Bundan ehtiyatlanan Brüssel Qahirəyə iqtisadiyyatını gücləndirmək üçün 2027-ci ilin sonunadək 8 milyard dollar ayırmağa hazırdır.
AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin yaxın günlərdə Qahirədə imzalayacağı saziş Brüssel və Şimali Afrika ölkələri arasında müqavilələrin sonuncusu olacaq.
Həmin müqavilələr Avropa ətrafında iqtisadi qeyri-sabitliyin və Afrikadan qanunsuz miqrasiyanın qarşısını almaq məqsədi daşıyır. Brüssel bunun üçün Misirin enerji sektorunu dəstəkləyəcək, sudanlı qaçqınlarla bağlı problemin aradan qaldırılmasına və miqrantların Aralıq dənizi vasitəsilə Avropaya axınının başladığı Liviya ilə sərhəd nəzarətinin gücləndirilməsinə yardım edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]