Finlandiya ümumavropa rəqəmsal vaksin pasportlarının yaradılmasını dəstəkləyir
Stokholm, 6 fevral, AZƏRTAC
Finlandiya ümumavropa rəqəmsal vaksin pasportlarının yaradılmasını dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, İsveç və Danimarka da daxil olmaqla, Avropanın bir sıra ölkələri, koronavirus peyvəndi vurdurmuş insanlar üçün müvafiq pasportların yaradılması üzrə işlərə başlanıldığını bəyan ediblər. Bu sənədlər davam edən koronavirus (COVID-19) pandemiyası ilə bağlı risklərə baxmayaraq, peyvənd olunmuş səyahətçilərin yenidən digər ölkələrə səfər edə bilməsi üçün hazırlanır.
Finlandiya hələlik bu cür pasportların tətbiqi ilə bağlı qərar qəbul etməyib. Bununla yanaşı, Finlandiyanın Baş naziri Sanna Marin ölkə parlamentində çıxış edib və milli yox, ümumavropa rəqəmsal vaksinasiya sertifikatının yaradılmasının vacibliyini vurğulayıb. Finlandiya Baş nazirinin sözlərinə görə, belə bir sənədin yaradılması son dərəcə vacibdir və yaxın zamanlarda məsələ Avropa Şurasında müzakirə ediləcək. “Biz yazda bu məsələ ilə mütləq məşğul olacağıq”, - deyə Sanna Marin ümumavropa qərarlarının vacibliyini vurğulayıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]