Fizika fənni üzrə bazar günü məktəbi
Bakı, 20 oktyabr, AZƏRTAC
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında fizika fənni üzrə bazar günü məktəbi oktyabrın 24-dən başlayacaq və hər bazar günü (saat 14:00) “Zoom” platforması üzərindən keçiriləcək.
AZƏRTAC MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, fizika fənni üzrə bazar günü məktəbinə qeydiyyat üçün bu ali təhsil müəssisəsinin internet səhifəsində göstərilən linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur.
Qeydiyyat hər şənbə günü saat 18:00-da bağlanır və bazar ertəsi saat 10:00-da açılır.
Hər məşğələdən öncə bütün qeydiyyatdan keçənlərin qeydiyyat zamanı göstərdikləri e-mail ünvanına “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək.
“Zoom Launcher” əlavəsi kompüterə və ya mobil telefona əvvəlcədən yüklənməlidir. Məşğələlər pulsuzdur. Qeydiyyatla bağlı sual olarsa, [email protected] ünvanına müraciət etmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]