Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimi keçirilib

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilən Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimi keçirilib.

Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Faiq Məmmədov, Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, FHN yanında İctimai şuranın üzvləri, fövqəladə hallar könüllüləri və ölkəmizdə fəaliyyət göstərən digər könüllü təşkilatları və proqramlarının nümayəndələri iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzi və Muzeylə tanışlıq olub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəxsi heyətin təntənəli keçidi olub. Tədbir iştirakçıları FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən təqdim edilən nümunəvi çıxışları izləyiblər.

Daha sonra akt zalında davam edən tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən bəhs edən film təqdim olunub.

Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov çıxış edərək Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasiminin xalqımızın və dövlətimizin tarixində çox əlamətdar vaxta-müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün dövrlərin ən böyük azərbaycanlısı Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf etdiyini məmnuniyyət hissi ilə qeyd edib.

Nazir, hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə tarixinin ən qüdrətli çağlarını yaşayan ölkəmizin qazandığı nailiyyətlərin Ulu Öndərin onilliklər boyu davamlı inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc aldığını vurğulayıb. O diqqətə çatdırıb ki, bu il oktyabrın 15-də, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaltması Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərimizin, Qələbəmizin zirvə nöqtəsi, Azərbaycanın yenilməz gücünün və qüdrətinin rəmzi oldu.

Nazir bildirib ki, Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən öz siyasətində daim gənclərə qayğı göstərib, sağlam gəncliyi milli inkişaf strategiyamızın tükənməz mənbəyi adlandırıb, gənclərin himayədarı kimi çıxış edərək milli və vətənpərvər ruhda sağlam düşüncəli yeni nəslin yetişdirilməsi, cəmiyyətin bu təbəqəsinin ictimai-siyasi fəallığının artırılması sahəsində misilsiz işlər görüb.

K.Heydərov qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi bu gün cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilməklə dövlətimizin parlaq gələcəyi, Vətənimizin daha da inkişafı üçün böyük səylə çalışır, sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında yaxından iştirak edir. Qürurverici haldır ki, ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb.

Nazir vurğulayıb ki, gənclərə daim qayğı ilə yanaşan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi fədakarlıq, bilavasitə təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan möhtəşəm layihələr müsbət nəticələrini verir.

Sonra nazir qeyd edib ki, ölkəmizdə könüllü təşkilatlarının formalaşması və inkişafı istiqamətində görülən səmərəli işlərin nəticəsi kimi, artıq Fövqəladə Hallar Könüllüləri proqramı da formalaşıb. Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, ölkəmizdə və ölkə hüdudlarından kənarda fövqəladə hadisə nəticəsində zərərçəkmiş insanlara könüllülər tərəfindən zəruri yardım və dəstək göstərməkdən ötrü 2023-cü il iyulun 24-də “Fövqəladə Hallar Könüllüləri” proqramına start verilib. FHN tərəfindən sentyabrın 12-də başlayan müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları, fiziki göstəriciləri, sosial aktivliyi, dünyagörüşü və fövqəladə hallar sahəsinə olan maraqları qiymətləndirilməklə, qeydiyyatdan keçən 500 nəfərdən çox gəncdən 50-yə yaxın namizəd mütəxəssislər tərəfindən müxtəlif istiqamətlər üzrə nəzəri və praktiki təlimlərə cəlb olunub. Nəticə etibarilə, təlimləri uğurla başa vuraraq sertifikatlar alan könüllülər əvvəlcədən həmin istiqamətlər üzrə qruplara bölünərək fövqəladə hallar könüllüləri olaraq fəaliyyətə başlayacaqlar.

Nazir bildirib ki, ölkəmizdə reallaşdırılan könüllülər proqramları çərçivəsində ilk dəfə “Fövqəladə Hallar Könüllüləri” proqramının iştirakçılarının sağlamlığı sığortalanıb.

Çıxışının sonunda müsabiqədə uğur qazanan fövqəladə hallar könüllülərini təbrik edən nazir Kəmaləddin Heydərov onların ölkə əhalisinin və ərazilərinin fövqəladə hallardan etibarlı şəkildə qorunmasını ali məqsədi hesab edən nazirliyin fəaliyyətində yaxından iştirak edəcəklərinə əminliyini ifadə edib.

Sonra Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov çıxış edərək əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb, Azərbaycan gənclərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Q.Xəlilov Azərbaycan könüllülərinin fəaliyyəti barədə ətraflı məlumat verərək, Fövqəladə Hallar Könüllüləri proqramının həyata keçirilməsinin könüllülər hərəkatının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Daha sonra tədbirdə bu ilin fevralında Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı Azərbaycan könüllülərinin ilk xarici yardımı kimi qardaş ölkədəki fəaliyyətindən bəhs edən videoçarx, habelə “Fövqəladə Hallar Könüllüləri” proqramının təqdimat və təlimləri barədə videoçarx nümayiş olunub, proqramın loqo və könüllülərin geyim formasının təqdimatı keçirilib. Fövqəladə hallar könüllülərini təmsil edən Ayla Aslanlı və Emin Ocaqverdiyev respublikamızda könüllülər hərəkatının yaradılmasında göstərilən diqqət və qayğıya görə dövlətin başçısına təşəkkürlərini bildiriblər.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

Sonda könüllülərə FHN-in hədiyyələri təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İranla bağlı bütün dəniz nəqliyyatına qarşı blokadanı götürüb

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə dəniz təhlükəsizliyi mərkəzi yaradır

İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır

Corc Ceykob Kuvakad: Bu səfər Azərbaycanı yaxından tanımaq baxımından dəyərli bir fürsət oldu

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir

Ceyhun Bayramovla Məhəmməd İshaq Dar arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub