Françesko Korvaro: Ötən il iki mindən çox ekspert üçün təlimlər təşkil edilib
Bakı, 10 oktyabr, AZƏRTAC
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası bütün mərhələlərdə, o cümlədən potensialın gücləndirilməsi üzrə təlimlərin keçirilməsində öz dəstəyini göstərməyə hazırdır”.
AZƏRTAC xəbər verir ki, bunu Pre-COP29 konfransı çərçivəsində “Ümumdünya iqlim şəffaflığına qlobal dəstəyi gücləndirmək” mövzusunda keçirilən yan tədbirdə COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro deyib.
O qeyd edib ki, ötən il iki mindən çox ekspert üçün təlimlər təşkil edilib: “Biz COP29 Sədrliyi tərəfindən yaradılan və xüsusilə inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq hesabatlarının hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməyə hazırıq.
Qeyd edim ki, genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) universal iştirakı təşviq etmək məqsədi daşıyan Bakı Qlobal İqlim Şəffaflığı Platforması olduqca əhəmiyyətlidir.
Mən bütün ölkələri şəffaflığa olan sadiqliklərini bir daha vurğulamağa və ən qısa zamanda öz İkiillik Şəffaflıq hesabatlarını təqdim etməyə çağırıram. Çünki bu, bütün ölkələrin ümumi maraqlarına xidmət edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]