Fransa: Bordo Universitetinin divarlarında ifrat sağçı şüarlar aşkar edilib
Paris, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Bordo Universitetinin kampusunun divarlarında zorakılıq və antimüsəlman məzmunlu qraffiti yazıları aşkar olunub. Yazılarda “layiqli soyqırımı” və “yaxşı solçuya = ölüm” kimi ifadələr yer alıb və açıq şəkildə zorakılığa çağırış edilib.
AZƏRTAC xəbər verir ki, məlumat X sosial şəbəkəsində Bordoda “Əyilməz Fransa” (La France insoumise LFI) hərəkatının rəhbəri Nordin Remond tərəfindən yayılıb. O, bu əməlləri “qətllərə çağırış və Qəzzada soyqırımın əsaslandırılması” kimi qiymətləndirib. Nordin Remond paylaşımında ifrat sağ qüvvələri də tənqid edərək, bir şəxsin ölümü ilə bağlı matəmə hörmət göstərilmədiyini bildirib. “Susun və bu şəhəri sizin faşist sayıqlamalarınızdan kənarda saxlayın!”, – deyə o yazıb.
Onun sözlərini Sena-Sən-Döni departamentinin 3-cü dairəsindən LFI deputatı Toma Port da paylaşaraq vəziyyəti “ölkə boyu nəzarətdən çıxmış ifrat sağ” kimi xarakterizə edib.
Hazırkı mərhələdə Bordo şəhər hakimiyyəti və ya hüquq-mühafizə orqanları tərəfindən bu qraffiti ilə bağlı aparılan araşdırmaya dair rəsmi açıqlama verilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]