DÜNYA
Fransada prezident seçkilərinin birinci turu başa çatmışdır
Paris, 23 aprel ( AZƏRTAC ). Aprelin 22-də Fransada keçirilən prezident seçkilərinin birnci turu başa çatmışdır.
Prezident kürsüsü uğrunda mübarizədə 10 namizəd iştirak etmişdir. Sosialist Partiyasından namizəd göstərilmiş Fransua Ollanda seçicilərin 29,3 faizi səs vermişdir. Xalq Hərəkatı Birliyi Naminə Patiyasının namizədi hazırki prezident Nikola Sarkozi səslərin 26 faizini qazana bilmişdir. Seçki tarixində ilk dəfə Milli Cəbhənin tərəfdarları uğur əldə etmişlər. Bu partiyadan namizədi Marin Le Pen səsvermənin nəticələrinə görə üçüncü yerdədir. O, səslərin 18,2 faizini toplamışdır. Sol cəbhəçi Jan-Lük Melanşona 11, mərkəzçi Fransua Bayruya 9,1, Eva Joliyə və Jak Şemanada 2,2, Düpon Enana 1,2 və Natali Artoda 0,7 faiz səs verilmişdir.
Beləliklə may ayının 6-da keçiriləcək ikinci turda mübarizə Fransada mühüm dəyişiliklər edəcəyini bəyan etmiş Fransua Olland ilə Nikola Sarkozi arasında olacaqdır. Əgər ikinci turda Fransua Olland səslərin çoxunu qazansa, bu, prezident Fransua Mitterandan sonra Sosialist Partiyasının ikinci dəfə hakimiyyətə gəlişi olacaqdır.
Nikola Sarkozini dəstəkləyən xarici işlər naziri Alen Jüppe hələ heç nəyin itirilmədiyini diqqətə çəkmişdir. Preizdentliyə namizəd Jan-Lük Melanşon seçiciləri ikinci turunda Fransua Ollanda səs verməyə çağırmışdır. Digər namizədlər də onlara səs verənlərin Sosialist Partiyasının namizədini dəstəkləyəcəyini bəyan etmişlər.
Prezident seçkilərinin birinci turunda səsvermə hüququna malik seçicilərin 80,3 faizi ceçkilərdə iştirak etmişdir. 2007-ci ildə keçirilən prezident seçkiləri ilə müqayisədə seçicilərin sayında azalma müşahidə edilmişdir. Ötən prezident seçkilərində seçicilərin 83,6 faizi səsvermədə iştirak etmişdir.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri.
Paris