SİYASƏT
FRANSALI POLİTOLOQ-ALİMLƏ GÖRÜŞ
Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin binasında Fransa Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Tyeri dö Monbrialla görüş keçirilmişdir.
Görüşdə çıxış edən AMEA-nın prezidenti, akademik Mahmud Kərimov cənab Monbrialın Fransa xarici siyasətinə xüsusi təsir göstərə bilən alimlərdən biri olduğunu bildirdi. Fransalı politoloq-alim Rusiya, Türkiyə, Ukrayna və Özbəkistanda səfərdə olmuş, indi isə Azərbaycana qonaq gəlmişdir.
FBƏİ-nun direktoru Tyeri dö Monbrial görüşdə çıxış edərək Fransa Elmlər Akademiyası haqqında geniş söhbət açdı, eyni zamanda, Azərbaycan alimlərinin suallarına ətraflı cavab verdi.
Sonra Akademiyanın prezidenti Mahmud Kərimov rəyasət heyətinin Tyeri dö Monbrialın AMEA-nın fəxri doktoru adına layiq görülməsi barədə qərar qəbul etdiyini bildirdi.
Görüşdə fransalı alimə fəxri diplom təqdim olundu və xalça hədiyyə edildi.