İDMAN
Fransanın www.lequipe.fr saytı: Birinci Avropa Oyunları yeni ənənənin təməlini qoyub
![Fransanın www.lequipe.fr saytı: Birinci Avropa Oyunları yeni ənənənin təməlini qoyub](/files/2015/2/1200x630/14341164704598530368_1200x630.jpg)
Bakı, 12 iyun, AZƏRTAC
Fransanın www.lequipe.fr idman saytında birinci Avropa Oyunları ilə bağlı geniş məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə birinci Avropa Oyunlarının Asiya ilə Avropanın qovuşduğu məkanda - Azərbaycanda bir neçə saatdan sonra start götürəcəyi bildirilir. Yeni bir ənənənin təməlinin qoyulması bu idman tədbirinin özünəməxsusluğu sayıla bilər. Çünki artıq Avropa hər 4 ildən bir Olimpiada keçirməlidir. Qafqazın iqtisadi və mədəni mərkəzinə çevrilən Bakı bu yolla həm də beynəlxalq tədbirlərə ev sahibliyi edə biləcəyini bir daha sübuta yetirib.
Ciddi marağa səbəb olan, sosial şəbəkələrdə dəfələrlə paylaşılan məqalənin sonunda Oyunların strukturu, vaxtı, hansı kanallarda yayımlanacağı barədə ətraflı məlumat verilib.
Yazının tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://www.lequipe.fr/Tous-sports/Actualites/Jeux-europeens-mode-d-emploi/565895