Fransua Mitteranın Ruanda ilə bağlı arxivində araşdırma aparılmasına icazə verilib
Paris, 13 iyun, AZƏRTAC
1994-cü il Ruanda soyqırımında Fransanın rolu ilə bağlı elmi araşdırmalar aparılacaq.
Fransa administrativ məhkəməsi mərhum prezident Fransua Mitteranın Ruanda ilə bağlı arxivində araşdırma aparılmasına icazə verib.
AZƏRTAC xəbər verir ki, sözügedən arxiv əslində 2055-ci ildə ictimaiyyətə açıq olacaqdır.
Ruanda soyqırımı üzrə mütəxəssis Fransua Qraner arxiv sənədlərindən istifadə etmək üçün əvvəlcə Mədəniyyət Naizirliyinə müraciət etsə də, nazirlik onun müraciətini rədd edib. Belə olduqda, tədqiqatçı inzibati məhkəməyə və Dövlət Şurasına üz tutub və nəhayət, ona yaşıl işıq “yandırılıb”.
Dövlət sirlərinin qorunması tarixi hadisələr barədə ictimaiyyəti məlumatlandırmaq marağı ilə tutuşdurulmalı olduğunu hesab edərək Dövlət Şurası bildirib ki, tədqiqatçı tarixi araşdırmalarının dəqiqliyi üçün bu arxivlərə müraciət edə bilər. Bu onun qanuni marağıdır və ictimai maraqla bağlı məsələyə dair debatları işıqlandırmalıdır.
Dövlətin icra strukturunun müzakirələrinin konfidensiallığına, dövlətin xarici siyasətinin gedişatına və əsas maraqlarına xələl gətirmədiyi təqdirdə arxiv sənədlərinə müraciət etməyə icazə verilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]