Futbol həvəskarları Avroliqanın finalına Dənizkənarı Milli Parkda azarkeş festivalındakı böyük monitorda baxırlar
Bakı, 29 may, AZƏRTAC
İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında Bakıda keçirilən final görüşünə futbol həvəskarları Dənizkənarı Milli Parkda təşkil olunmuş azarkeş festivalının ərazisində quraşdırılan böyük monitorda da baxırlar.
AZƏRTAC xəbər verir ki, bu, Avroliqanın final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində baş tutub.
Azarkeş festivalının ziyarətçiləri saat 23:00-dan etibarən final matçını canlı yayımda izləyirlər.
Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilir.
Şəhər ictimaiyyətinin nümayəndələri, futbol həvəskarları oyunu böyük maraqla seyr edirlər.