Füzuli rayonunda “Ətrin gəlir Xarıbülbül” poetik xalq tamaşası nümayiş olunub
Füzuli, 6 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Dram Teatrının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin övladları üçün “Ətrin gəlir Xarıbülbül” adlı poetik xalq tamaşası təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşadan sonra nağıl qəhrəmanları və şən klounların iştirakı ilə musiqili-əyləncəli proqram təşkil edilib.
Əyləncəli proqram şəhid övladlarının sevincinə səbəb olub.