FÜZULİ RAYONUNUN BÖYÜK BƏHMƏNLİ KƏNDİNDƏ QUŞLARIN TƏLƏFATI BARƏDƏ YAYILAN MƏLUMATLAR ƏSASSIZDIR
Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin məlumatlar yanvarın 8-də rayon baytarlıq idarəsi tərəfindən araşdırılmışdır. Məlum olmuşdur ki, nə İran İslam Respublikası ilə həmsərhəd bitərəf zonada, nə də Böyük Bəhmənli kəndində quşların tələfatı halı yoxdur.
Dövlət Baytarlıq Xidməti əhalini belə yanlış məlumatlara inanmamağa çağırır və bildirir ki, ölkə ərazisində monitorinqlər davam etdirilir. Bu günədək Azərbaycanda “quş qripi” virusu xəstəliyinə təsadüf edilməmişdir.
Xatırladaq ki, sərhədlərdə baytarlıq nəzarəti məntəqələri ciddi iş rejimində fəaliyyət göstərir, rayonların baytarlıq idarələri kifayət qədər dezinfeksiyaedici maddələrlə təmin edilmişdir, xəstəlik qeyd olunan ölkələrdən diri quş, quş məhsulları, yem və yem əlavələrinin gətirilməsinə, habelə çöl quşlarının ovlanmasına qoyulmuş qadağa qüvvədə qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]