Füzuli rayonunun Dördçinar kəndi FOTO
Bakı, 14 may, AZƏRTAC
Füzuli rayonunun Dördçinar kəndi Köndələnçayın sahilində, düzənlik ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradan rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Dördçinar kəndinin görüntülərini təqdim edir.