Füzuli, 26 aprel, A.Yavərzadə, AZƏRTAC
Füzuli şəhərinə güclü dolu yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təbiət hadisəsi bu gün saat 15:10 radələrində başlayıb və 20 dəqiqədən çox davam edib. Dolunun ölçüsü təxminən 2 santimetrə bərabər olub.