Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulidə təhsilin dirçəlişi: Mirzə Uluqbəy adına məktəbdə uğurlu gələcəyin təməli qoyulur FOTO VİDEO

Füzuli, 7 may, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi strategiyasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. Dövlət başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində Qarabağ və Şərqi Zəngəzurda ən müasir standartlara cavab verən təhsil infrastrukturu formalaşdırılır. Bu çərçivədə qısa müddət ərzində inşa edilən yeni məktəb binaları həm bölgənin intellektual potensialının bərpasına, həm də “Böyük Qayıdış” Proqramının dayanıqlı inkişafına xidmət edir.

Müasir təhsil mühitinin uğurla qurulduğu belə ünvanlardan biri də Füzuli şəhəridir. Burada tədrisin təşkili üçün hərtərəfli şərait yaradılıb ki, bu da doğma yurda qayıdan ailələrin övladlarının keyfiyyətli təhsil almasına, müəllimlərin isə peşəkar fəaliyyətlərini ən yüksək səviyyədə davam etdirməsinə geniş imkanlar açır. Bu baxımdan, özbək xalqı tərəfindən hədiyyə edilən Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəb bölgədə təhsilin dirçəlişinin və xalqlararası dostluğun bariz nümunəsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbi fəaliyyətə 100 şagird və 14 nəfərlik müəllim heyəti ilə başlasa da, hazırda burada 650-yə yaxın şagird təhsil alır, heyətin sayı isə 50-yə yaxındır. Ötən illər ərzində həm müəllimlər, həm də şagirdlər bir çox uğurlara imza atıblar. Məktəbin məzunları hazırda müxtəlif ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər. Bu tədris ilindən etibarən məktəbdə tam orta təhsil səviyyəsi üzrə təmayülləşmə tətbiq olunur. Bununla yanaşı, rəqəmsal bacarıqların inkişafı və “STEAM” layihəsi də icra edilir. Həmçinin təhsil ocağında məktəbəqədər təhsil də təşkil olunub. Məktəbdə çalışan pedaqoji heyətin əksəriyyəti Füzuli şəhər sakinləridir.

Səmayə Həsənovanın şagird ikən tərk etdiyi Füzuliyə qayıdışı müəllim kimi gerçəkləşib. Uzun illərin həsrətinə son qoyulduğunu bildirən müəllim deyib: “Məcburi köçkünlük həyatı sürdüyümüz 30 il ərzində bir gün belə ümidimi itirmədim. Həmişə arzulayırdım ki, öz yurdumda övladlarımıza dərs deyim. İndi mən doğma Füzulidəyəm və bu qüruru yaşayıram. Burada şagirdlərimin gələcəyini inşa etmək mənim üçün ən böyük xoşbəxtlikdir”.

Müəllim bildirib ki, Füzuliyə köçün ilk mərhələsində sinifdə cəmi 19 şagird olsa da, hazırda bu rəqəm artaraq 32-yə çatıb. S.Həsənovanın sözlərinə görə, bu, bölgədə mülki həyatın tədricən və sağlam şəkildə bərpa olunduğunun bariz göstəricisidir: “Doğma torpaqlarda yaşamaq, burada çalışmaq və təhsil prosesində iştirak etmək mənim üçün böyük xoşbəxtlikdir. Füzuli şəhərində bu gün genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. Quruculuq işləri geniş vüsət alıb. Ətrafa baxanda torpaqlarımızın cənnətə çevrildiyini görmək mümkündür. Bu, bizim üçün sonsuz sevinc və qürur mənbəyidir”.

O vurğulayıb ki, hər gün dərsə gələndə şagirdlərin üzündə gördüyü sevinc və vətənpərvərlik hissi onu daha da qürurlandırır və pedaqoji fəaliyyətində yeni uğurlara həvəsləndirir.

Könül Ağayeva isə hələ iki yaşında olarkən ailəsi ilə birlikdə Füzulidən məcburi köçkün düşmüşdü. Təhsilini başqa rayonda alsa da, gələcəkdə Füzuli şəhərində müəllim olmağı arzulayıb. "Təhsilimi Azərbaycanın başqa bölgəsində davam etdirmişəm. Uşaqlıq vaxtı valideynlərimizdən, nənə-babalarımızdan Füzuli şəhəri, doğma el-obamız haqqında çox gözəl xatirələr eşidərək böyümüşük. Onların danışdıqları bizdə böyük maraq oyadırdı. Füzulini görmək, bu torpağın havasını udmaq arzusu ilə yaşamışıq. Bu arzu ilə illərlə gözləmişik, ümid etmişik ki, bir gün mütləq doğma yurdumuza qayıdacağıq”, - deyən Könül Ağayeva da məktəbdə müəllim işləyir.

Həmsöhbətimiz vurğulayıb ki, 2020-ci ildə qazanılan tarixi Zəfər sayəsində 30 illik həsrətə son qoyulub: “Prezident İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı sayəsində doğma torpaqlarımıza qayıtmışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu gün Füzuli şəhərində — Zəfər ruhu ilə yaşayan bu məkanda xoşbəxt və firavan ömür sürürük”.

Hazırda şəhər məktəbində fəaliyyətini davam etdirən K.Ağayeva tədris prosesindən danışaraq deyib: “Böyük qürur hissi keçirirəm ki, bu məktəbdə fəaliyyətə başlayan ilk müəllimlərdən biriyəm. İlk vaxtlar şagirdlərimizin sayı az olsa da, zaman keçdikcə bu say artmağa başladı. Hazırda bütün siniflərimizdə şagirdlər təhsil alır və biz onların təlim-tərbiyəsi ilə məşğuluq. Doğma Füzuli şəhərində yaşamaq, burada işləmək və bu torpaqları yenidən görmək bizim üçün ən böyük xoşbəxtlik, sonsuz qürur və sevinc mənbəyidir”.

Məktəbin şagirdləri də öz ata-baba yurdlarında təhsillərini davam etdirdiyi üçün qürurlu olduğunu söyləyirlər. Doqquzuncu sinif şagirdi Sənubər Mustafazadə ilə söhbət edirik. Deyir ki, əvvəllər başqa rayonda təhsil alsa da, artıq iki ildir Füzuli torpağında, ata-baba yurdunda oxuyur. “Burada təhsil almaq məndə xoş hisslər oyadır. Ata-baba torpaqlarımızda oxumaq mənim üçün qürur mənbəyidir. Bu məktəbdə oxuduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Məktəbimizin təhsil səviyyəsi olduqca yüksəkdir, müəllimlərimiz bizə böyük diqqət və qayğı ilə yanaşırlar. Təhsil almaq, yeni biliklər qazanmaq mənə çox gözəl hisslər bəxş edir”, - deyə o əlavə edib.

Ömər Baxşıyev də Füzuli şəhər məktəbinin şagirdidir. O, gələcəkdə hüquqşünas olmaq istəyir. Bildirir ki, bir vaxtlar Füzuli haqqında dərsliklərdən öyrənər, valideynlərindən eşidərdi. İndi isə özü Füzulidədir: “Mən də bu torpaqlar haqqında xəyallar qururdum. Artıq arzularım gerçək olub, Füzulidə təhsil alıram. Bu, mənim üçün çox gözəl oldu. Şəraitimiz də çox yaxşıdır. Gələcəkdə rayonumuzda hakim kimi işləmək istəyirəm, ona görə də hüquq ixtisası üzrə hazırlaşıram.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən məktəb 960 şagird yerlikdir. İki mərtəbə və zirzəmidən ibarət olan məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Müxbir - Aydın Yavərzadə

Füzulidə təhsilin dirçəlişi: Mirzə Uluqbəy adına məktəbdə uğurlu gələcəyin təməli qoyulur FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı