Gələn il ölkədə mədəniyyət sahələrinin maliyyələşdirilməsi üçün 574,8 milyon manat vəsait nəzərdə tutulub
Bakı, 2 noyabr, AZƏRTAC
2024-cü il dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində
xüsusi çəkisi 1,6 faiz olmaqla, 574,8 milyon manat təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Bu göstərici 2023-cü illə müqayisədə 23,9 milyon manat və ya 4,3 faiz çoxdur.
2020-ci illə müqayisədə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,3 faiz-bənd, mütləq ifadədə isə bu xərclər 232,8 milyon manat və ya 1,7 dəfə artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [20:18]
KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ
- 03.06.2026 [18:00]