GƏMİÇİLƏRƏ “TƏRƏQQİ” MEDALLARI TƏQDİM EDİLMİŞDİR
Ümummilli liderimiz Heydər Əliyevin nurlu xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra, Gəmiçiliyin rəisi Aydın Bəşirov mərasimi giriş sözü ilə açaraq Azərbaycanda gəmiçiliyin inkişafında ulu öndərimiz Heydər Əliyevin gördüyü məqsədyönlü işlərdən, dahi rəhbərimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə gəmiçiliyin nəqliyyatın aparıcı sahələrindən birinə çevrilməsindən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır.
Natiq demişdir ki, Gəmiçiliyin donanmasının əsas hissəsi məhz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə alınmış, qurumun ayrı-ayrı strukturlarının inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər planı da bu illərdə həyata keçirilmişdir. Gəmiçiliyin kollektivi Heydər Əliyevin siyasi kursuna həmişə sadiq olmuş, bundan sonra da sadiq qalacaqlar.
Tədbirdə çıxış edənlər əməklərinin fərqləndirildiyinə görə təşəkkür edərək demişlər ki, Heydər Əliyev tərəfindən gəmiçilərə göstərilən qayğı onların işə məsuliyyətlərini daha da artırır. Qeyd olunmuşdur ki, heç kim işində arxayınlaşmamalı, vəzifə borcunu layiqincə yerinə yetirməklə dahi rəhbərimizin müqəddəs ideyalarının gercəkləşməsinə öz köməyini göstərməlidir.
Natiqlər əminliklə demişlər ki, bundan sonra da vəzifə borclarını layiqincə yerinə yetirəcək, bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan beynəlxalq iqtisadi layihələrin uğurla başa çatması üçün əllərindən gələni əsirgəməyəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]