GƏNC BƏSTƏKARLARIN ƏSƏRLƏRİNDƏN İBARƏT KONSERT
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Bakı Musiqi Akademiyası bəstəkarlıq kafedrası tələbələri və musiqi məktəbi məzunlarının əsərlərindən ibarət konsert olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konsertdə Arif Məlikov, Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyov və digər bəstəkarların tələbələrinin, məktəb məzunlarının əsərləri təqdim olunmuşdur. Gənc bəstəkarların əsərlərini orta ixtisas musiqi məktəbinin şagirdləri ifa etmişlər.