Gənc cüdoçularımız İspaniyaya yollanıblar
Bakı, 14 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, sentyabrın 16-dan 18-dək İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək. Fərdi və komanda şəkilində keçiriləcək yarışda cüdo üzrə Azərbaycan milli komandası da təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, Bakıda baş məşqçi Rəşad Məmmədovun başçılığı altında təlim-məşq toplanışını yekunlaşdıran millimiz İspaniyaya yollanıb.
Qeyd edək ki, 43 ölkədən 409 idmançının (225 oğlan, 184 qız) qatıldığı Avropa çempionatında milli komandamız 14 cüdoçu ilə (10 oğlan, 4 qız) mübarizə aparacaq.