Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənc könüllü: Hamımızın ümumi sərvəti olan təbiəti qorumaq gələcəyimiz üçün

Gənc könüllü: Hamımızın ümumi sərvəti olan təbiəti qorumaq gələcəyimiz üçün

Bakı, 18 oktyabr, Günel Alıyeva, AZƏRTAC

AZƏRTAC azərbaycanlı könüllülərlə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Nicat Həsənovdur.

Nicat universitetdə təhsil aldığı ilk vaxtlardan ekologiya layihələrində və könüllülük təşəbbüslərində fəal iştirak edir, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına çalışır. O, İtaliyada ekoloji layihədə iştirak etməklə, Azərbaycanı beynəlxalq arenada təmsil edir.

- Nicat, nə vaxtdan könüllülük fəaliyyəti ilə məşğulsunuz?

- Birinci kursdan könüllü olmağa başladım. Mənim üçün bir yerdə dayanmaq yox, daim inkişaf etmək vacibdir. İlk addımlarımı Bakı Dövlət Universitetinin gənclər təşkilatında atmışam və o vaxtdan bəri müxtəlif layihələrdə iştirakımı davam etdirirəm.

- Sizi könüllü olmağa nə ruhlandırdı?

- Motivasiya hər zaman cəmiyyətə faydalı olmaq istəyidir. Könüllü olanda başa düşürsən ki, şəxsi mənfəət üçün deyil, ümumi mənafe naminə vacib bir iş görürsən. Bu, dünyanı bir az daha yaxşılaşdırmaq üzrə səylərə sənin də töhfən olduğu hissini doğurur. Ekoloji layihələrdə iştirak xüsusilə ruhlandırıcıdır. İnsanların ümumi məqsəd üçün bir araya gəldiyini görmək mənə güc verir. Hər bir təşəbbüs öz töhfəsini verir və inanıram ki, biz birlikdə daha çox uğur qazana bilərik.

- Bir çox layihədə iştirak etmisiniz. Hansı ən çətin idi və çətinliklərin öhdəsindən necə gəldiniz?

- Ən çətin layihə İtaliyada ekologiya ilə bağlı beynəlxalq “Erasmus Plus” layihəsi oldu. Orada yeni şəraitə, dil və mədəni fərqliliyə uyğunlaşmaq heç də asan deyildi. Amma komandamız günü-gündən daha çox həmrəy oldu və bu, bizə çətinliklərin öhdəsindən gəlməyə kömək etdi. Təkcə uyğunlaşmaq deyil, həm də yaranan problemləri çevik şəkildə həll etməyi öyrənmək vacib idi və bu, mənə dəyərli təcrübə qazandırdı.

- VI Robototexnika Olimpiadasında komandaya rəhbərlik etmisiniz. Komandanızı motivasiya etməyi və hədəflərə çatdırmağı necə bacardınız?

- Mənim strategiyam hər bir komanda üzvünün güclü və zəif tərəflərini müəyyən etmək idi. Hər kəs nəyi yaxşı bilirsə, bu, onlara tapşırıqları daha yaxşı bölüşdürməyə və problemləri həll etməyə kömək edir. Biz vahid komanda kimi çalışdıq, bu da bizə istənilən çətinliyin öhdəsindən gəlməyə kömək etdi. Yoldaşlarımla mehriban münasibət saxlamağa çalışdım ki, bu da uğur qazanmaqda mühüm rol oynadı.

- Könüllülük layihələrində komanda lideri olmaq sizin üçün nə deməkdir? Sizcə, uğurlu liderlik üçün hansı bacarıqlara malik olmalısan?

- Lider olmaq təkcə komandanı koordinasiya etmək deyil, həm də onun hər bir üzvünü eşitməyi bacarmaq deməkdir. Uğurlu liderlik üç əsas keyfiyyət tələb edir: yaxşı ünsiyyət, insanları motivasiya etmək bacarığı və problemin həllinə analitik yanaşma. Lider tapşırıq verməkdən qorxmamalı və lazım gələrsə, həmişə kömək etməyə hazır olmalıdır.

- “Ekonəfəs” layihəsi çərçivəsində komandanız birinci yeri tutaraq 3000 manat qrant aldı. Necə oldu ki, belə bir uğurlu layihə hazırlaya bildiniz?

- Bu layihə bilavasitə ixtisasımla bağlı olduğu üçün mənə xüsusilə yaxın oldu. Biz müxtəlif səriştələrə malik insanlardan ibarət komanda yaratdıq və səylərimizi tez bir zamanda əlaqələndirə bildik. Mən ekoloji təşəbbüs təklif etdim, biz onu diqqətlə işlədik və müsabiqədə təqdim etdik. Müvəffəqiyyətə inam hissi hər bir komanda üzvünün layihəni həqiqətən güclü edən unikal ideyalara və bacarıqlara malik olmasından irəli gəlirdi.

- Ekoloji layihə çərçivəsində ölkəmizi İtaliyada təmsil etmisiniz. Bu təcrübə qlobal ekoloji problemləri daha yaxşı başa düşməyinizə necə kömək etdi?

- İtaliyada layihədə iştirak üfüqlərimi xeyli genişləndirdi. Biz ekoloji problemlərin həllinə beynəlxalq yanaşmaları öyrəndik və bu, mənə ölkəmizdə tətbiq etmək istədiyim yeni ideyalar verdi. İtaliyada əməkdaşlığın qlobal səviyyədə olmasının əhəmiyyətini və nə qədər kiçik olsa da, hər bir addımın ümumi işə necə təsir edə biləcəyini anladım.

- Necə oldu ki, könüllü kimi İtaliyaya getdiniz?

- Azərbaycanda yerli könüllü təşkilatlarla iş prosesindən sonra məndə beynəlxalq təcrübə qazanmaq istəyi yarandı. Avropa Həmrəylik Korpusu vasitəsilə müvafiq instansiyaya müraciət etdim, çünki xaricdə könüllülüyün necə təşkil olunduğunu öyrənmək və bu biliklərdən Azərbaycanda istifadə etmək istəyirdim. Proses çox sürətli idi: ərizəmi təqdim etdikdən sonra müsahibəyə dəvət olundum və cəmi altı saat ərzində təsdiq aldım. Bu, mənim üçün yeni üfüqlər açan və könüllülüyün qlobal ekoloji problemlərə necə təsir edə biləcəyini göstərən inanılmaz bir fürsət idi.

- Azərbaycan və İtaliyanın ekoloji təhsil proqramları arasında əsas fərqlər nədən ibarətdir?

- Azərbaycanda ekoloji proqramların əsas xüsusiyyətlərindən biri böyük qürur mənbəyi olan COP29 konfransı kimi milli təşəbbüslərə önəm verilməsidir. İtaliyada həmsöhbət olduğum insanlar ölkəmin belə əlamətdar beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini eşidəndə heyran qaldılar. Bu, Azərbaycanın qlobal ekoloji arenada statusunu yüksəldir.

Bununla belə, İtaliyada ətraf mühitin mühafizəsi, xüsusən də yaşıl nəqliyyat sahəsi üzrə təşəbbüsləri dəstəkləmək üçün daha inkişaf etmiş bir infrastruktur gördüm. Bu sahədə inkişaf etmək üçün hələ bəzi səylər göstərməliyik. Orada mən şəhər iqliminin yaxşılaşdırılmasına kömək etmək üçün Azərbaycanda həyata keçirmək istədiyim yaşıl nəqliyyat startapları üzrə bir neçə ideya əldə etdim.

- İtaliyada könüllülük işinin təşkilində bəyəndiyiniz və Azərbaycanda tətbiq oluna biləcək cəhətlər hansılardır?

- İtaliyada xüsusilə xoş təsir bağışlayan cəhət müxtəlif mədəniyyətlərdən və ölkələrdən olan insanların ortaq dil tapmaq və komanda şəklində işləmək bacarığı idi. Çox mühümdür ki, heç kim milli mənsubiyyətinə, dininə görə başqalarından fərqlənmir, hamı eyni məqsəd naminə çalışırdı. Bu, həqiqətən də vahid komanda yaratmağa imkan verirdi. İstərdim ki, Azərbaycanda könüllü düşərgələri kimi böyük ekoloji layihələr həyata keçirilsin, burada gənclər nəinki nəzəriyyə öyrənə, həm də praktiki məşğələlərdə fəal iştirak edə bilsinlər. Biz İtaliyada çox işlədik, bu bizə ekoloji problemlərin mahiyyətini daha yaxşı başa düşməyə və təcrübəni uzun müddət yadda saxlamağa imkan verdi. Orada bir daha başa düşdük ki, təcrübə istənilən mühazirədən daha təsirlidir.

- Sizcə, Azərbaycanda ekoloji könüllülük sahəsində irəliləyiş varmı?

- Sözsüz ki, inkişaf var. Peşələrinin bu sahəyə birbaşa aidiyyəti olmasa da, ekologiya ilə maraqlanan gənclərin sayı getdikcə artır. Bu, əhali arasında ekoloji maarifləndirmənin artmasından xəbər verir. COP29 və ekokönüllülər kimi təşəbbüslər ətraf mühitin mühafizəsi haqqında məlumatlılığın artırılmasında əsas rol oynayır. İnsanlar dərk etməyə başlayırlar ki, təbiət bizim ümumi sərvətimizdir və onun qorunması gələcəyimiz üçün vacibdir.

- Nicat, tez-tez ekoloji layihələrdə iştirak edirsiniz. Sizcə, gəncləri bu fəaliyyət sahəsinə cəlb etmək üçün ən vacib olan nədir?

- Hesab edirəm ki, ən vacib olanı gənclərin belə layihələrdə iştirakın zəruriliyini dərk etməsidir. Onlara göstərmək lazımdır ki, bu sahədə ümumi işə verəcəkləri töhfələr real dəyərə malikdir və ətraf mühitin yaxşılaşdırılması üzrə fəaliyyətdə fərq yarada bilər. Azərbaycanda müxtəlif ekoloji tədbirlər artıq yüksək səviyyədə həyata keçirilir və müvafiq aksiyalar gənclərin diqqətini cəlb edir. İstər təhsil proqramları, istər könüllülük layihələri, istərsə də ekoloji sahədə startaplar vasitəsilə onların könüllülük fəaliyyətinə cəlb olunması üçün şərait yaratmağa davam etmək çox mühümdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib