Gənc könüllülər bilik yarışında iştirak ediblər
Bakı, 13 avqust, AZƏRTAC
"Könüllü DOST" proqramının könüllüləri və Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş onlayn intellektual turnir keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 200-ə yaxın könüllü 31 komandada birləşərək biliklərini sınayıblar.
İntellektual yarışda Azərbaycan İdman Könüllülərini təmsil edən “SpartAİK” komandası turnirin qalibi olub. Dövlət Gömrük Komitəsini təmsil edən “Könüllü Gömrükçü-2” komandası yarışda ikinci, Gənc Könüllülər Hərəkatını təmsil edən “Kürmük” komandası isə üçüncü yerə çıxıb.
Qalib komandalara diplom və sertifikatlar veriləcək.