GƏNCƏ “FOLKSVAGEN”İ PAYIZADƏK BU, REALLAŞA BİLƏR
“Folksvagen” şirkətlər qrupunun Azərbaycan və Transqafqaz üzrə rəsmi nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, qrup Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra Gəncə Avtomobil Zavodunda istehsal prosesinin qurulmasına yardım etməyə razılıq vermişdir. Bu ilin payızınadək zavodda “Folksvagen”lərin və bu qrupa daxil olan digər avtomobillərin yığılması təşkil ediləcəkdir.
Layihədə ilkin mərhələdə komplektləşdirici detalların yığılması, gələcəkdə isə avomobillərin istehsalı nəzərdə tutulmuşdur.
“Folksvagen” tərəfindən yerli mütəxəssislərin hazırlanması da planlaşdırılır. Bu mütəxəssislər Almaniyada təcrübə keçəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]