SİYASƏT
Gəncədə “Azərbaycan-NATO əməkdaşlığı: fövqəladə hallara hazırlıq sahəsində milli imkanların artırılması” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Gəncə, 11 noyabr (AZƏRTAC). Gəncədə Avropa strukturlarına inteqrasiya proseslərinə ictimai dəstəyin gücləndirilməsi istiqamətində “Azərbaycan-NATO əməkdaşlığı: fövqəladə hallara hazırlıq sahəsində milli imkanların artırılması” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gəncə “Avro-Atlantik Məlumat Mərkəzi” ictimai birliyinin və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə NATO-nun struktur quruluşundan, Azərbaycan-NATO əməkdaşlığından və bu əməkdaşlığın hüquqi, konseptual əsaslarından, eləcə də Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyası proseslərində ictimaiyyətin dəstəyinin gücləndirilməsi məsələlərindən danışılmışdır. “Dəyirmi masada qeyd olunmuşdur ki, Azərbaycan-NATO əməkdaşlığında mülki fövqəladə planlama proqramının xüsusi yeri vardır və bu proqram çərçivəsində Avro-Atlantik mərkəz tərəfindən təşkil edilən təlimlərdə ölkəmizin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da iştirak etməklə praktik bacarıqlarını artırır və əhəmiyyətli təcrübə mübadiləsi aparırlar.
Tədbir müzakirə olunan mövzu ətrafında fikir mübadiləsi ilə davam etdirilmişdir.