REGİONLAR
Gəncədə “Fizikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
Gəncə, 13 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncədə akademik Maqsud Əliyevin 100 illiyinə həsr olunmuş “Fizikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Elm və Təhsil Nazirliyi, nazirliyin Fizika İnstitutu, AMEA və Akademiyanın Gəncə Bölməsi tərəfindən təşkil olunan tədbirdə akademik Maqsud Əliyevin elmi fəaliyyətindən bəhs edilib. Vurğulanıb ki, alim klassik yarımkeçiricilər olan selen, germanium, silisium, A3B5 tipli yarımkeçirici birləşmələr və onlar əsasında bərk məhlullarda, evtektikalarda köçürmə hadisələrinin tədqiqi ilə məşğul olub.
Əməkdar elm xadimi 350-dən artıq məqalənin, 30 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir.
Yerli və xarici alimlərin fizika elminin inkişafı ilə bağlı məruzələrini səsləndirdiyi konfrans sabah da davam edəcək.