Gənclərin Karyera Məktəbinin iştirakçıları badminton idman növü ilə tanış olublar
Bakı, 8 sentyabr, AZƏRTAC
Gənclərin Karyera Məktəbinin iştirakçıları badminton idman növü ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Mingəçevirdə keçirilən düşərgədə 19 şəhər və rayondan ümumilikdə 100 nəfər gənc iştirak edib.
Onlar əvvəlcə badminton haqqında məlumat əldə edib, daha sonra badminton yarışının iştirakçısı olublar.
Yarışın qalibləri hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.