“Gəncliyin səsi” festivalı çərçivəsində Qubada gənc rejissorların filmləri nümayiş olunub
Quba, 4 fevral, Elxan Yusifli, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə reallaşdırdığı “Gəncliyin səsi” festivalı çərçivəsində növbəti tədbir Qubada təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Quba “ASAN həyat” Kompleksində gənclərin çəkdikləri fotolardan ibarət sərgi ilə tanış olublar.
Tədbirdə bildirilib ki, artıq 3 ildir həyata keçirilən layihə gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, nailiyyətlərinin dəstəklənməsi məqsədi daşıyır.
Sonra Mərkəzin kino zalında gənc rejissorların lentə aldığı “Ayaqqabı əməliyyatı” və “Usta Yusifin kamançası” filmləri nümayiş olunub.
Filmlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.