SİYASƏT
General Hüseyn Əştəri: İran-Azərbaycan sərhədi dostluq və qardaşlıq sərhədidir
Tehran, 9 sentyabr, AZƏRTAC
İran-Azərbaycan sərhədi dostluq və qardaşlıq sərhədidir. İki qonşu və dost ölkənin sərhədində heç bir problem yaşanmır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Nizam Qüvvələrinin komandanı, general-mayor Hüseyn Əştəri Culfa şəhərinə səfəri zamanı bildirib. Səfər çərçivəsində general sərhəd məntəqələrinə baxış keçirib. O diqqətə çatdırıb ki, təhlükəsizlik baxımından Culfa məntəqəsi sərhədin ən sabit yeridir. Azərbaycanlı sərhədçilərlə qarşılıqlı əməkdaşlıq sayəsində İran-Azərbaycan sərhədində sabitlik hökm sürür.
General sərhədçilərin xidmətini yüksək qiymətləndirib.
Qeyd edək ki, İranda polis və sərhəd xidməti Nizam Qüvvələrinin tabeçiliyində fəaliyyət göstərir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran