GENETİK CƏHƏTDƏN DƏYİŞDİRİLMİŞ VİRUS GƏLƏCƏYİN ƏN TƏHLÜKƏLİ SİLAHI OLACAQDIR
Çiçək, Sibir xorası və digər xəstəliklər modifikasiyasız da ölümcüldür, lakin bu xəstəliklər peyvənd edilmiş adamlara təsir göstərmir. Vaksinin təsir göstərə bilmədiyi genetik cəhətdən dəyişdirilmiş çiçək virusu isə qurbanların sayını ikiqat artıra bilər.
Genetik modifikasiyalı silah artıq çoxdan yenilik deyildir. Hələ sovet dövründə “Biopreparat” İnstitutu 1973-cü ildən etibarən zəhərədavamlı patogen orqanizmlər üzərində təcrübə aparmışdır. Rusiya vaksin və antibiotiklərə davamlı Sibir xorasının ştammını da hazırlamışdır.
Gen modifikasiyası üsullarının tətbiqi patogen və toksinlərin sayının adi ştammlara nisbətən 100 dəfədən çox artmasına səbəb olur. Genlərin antibiotiklərə və ətraf mühitə müqavimətini artırmaqla, onları infeksiyalı mikroorqanizmlərə daxil etmək imkanı yaranır. Məsələn, antibiotiklərə davamlı stafilokokk genini taun xəstəliyi törədən mikroorqanizmə köçürmək mümkündür. Bu zaman həmin xəstəliyi hətta əlac edilə bilən bubon formasında da müalicə etmək çox çətin olacaqdır.