Gömrükçülər yük avtomobilində gizlədilən dərman preparatları və patronlar aşkarlayıb
Bakı, 15 may, AZƏRTAC
Gömrükçülər nəqliyyat vasitəsində gizlədilən dərman preparatları və patronlar aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının “Mercedes-Benz Actros” markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin salonunda, yataq yerinin altında, sağ və sol baqajlarında gizlədilən 1890 qutu müxtəlif adda dərman preparatı və pnevmatik tapança üçün 50 ədəd patron aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.