REGİONLAR
Goranboy, Naftalan və Xocalı sakinlərinin istilik təchizatına dair problemləri dinlənilib
![Goranboy, Naftalan və Xocalı sakinlərinin istilik təchizatına dair problemləri dinlənilib](/files/2024/1/1200x630/17065362582311448718_1200x630.jpg)
Bakı, 29 yanvar, AZƏRTAC
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Goranboy rayonunda Goranboy, Naftalan və Xocalı sakinləri üçün vətəndaş qəbulu keçirib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Cəmiyyətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.