GÖRKƏMLİ AZƏRBAYCAN RƏSSAMI SƏTTAR BƏHLULZADƏNİN ALMANİYADA SƏRGİSİ KEÇİRİLDİ
Prezidentlər qüdrətli sənətkarın 20 əsərinin nümayiş etdirildiyi bu sərgiyə maraqla baxdılar. Səttar Bəhlulzadənin “Quş armudu”, “Naxçıvan dağları”, “Şahnabad”, “Göygöl mənzərələri” əsərləri prezidentlərlə bilrlikdə sərgiyə gəlmiş Almaniya ictimaiyyəti nümayəndələrinin, incəsənət adamlarının da böyük marağına səbəb oldu.
Azərbaycan Rəssamlar İttifaqı sədrinin müavini Salxab Məmmədov, rəssamın əsərlərinin mühafizi Rafael Abdinov sərgiyə gələnlərə Səttar Bəhlulzadə yaradıcılığı barədə məlumat verdilər.