Azərbaycan Dövlət İnformasiya Agentliyi

GÖRKƏMLİ MÜĞƏNNİ VƏ BƏSTƏKAR MÜSLÜM MAQOMAYEVƏ “İSTİQLAL” ORDENİ TƏQDİM EDİLMİŞDİR

Sentyabrın 6-da Prezident iqamətgahında görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevə Azərbaycanın ali dövlət mükafatının - “İstiqlal” ordeninin təqdim edilməsinə həsr olunmuş mərasim keçirilmişdir. 

Mərasimdə mədəniyyət, incəsənət, ədəbiyyat və elm xadimləri, bir sıra xarici ölkələrin Bakıda akkreditə olunmuş səfirləri iştirak edirdilər.

Mərasim iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevi hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı mərasimi acaraq nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Əziz Müslüm!

Əziz Tamara!

Hörmətli xanımlar və cənablar, qonaqlar!

Bu günlər Azərbaycan xalqı, ölkəmiz böyük bir yubileyi - görkəmli incəsənət xadimi, görkəmli müğənni, bəstəkar Müslüm Maqomayevin anadan olmasının 60 illiyini qeyd edir.

Əziz Müslüm! Azərbaycanda keçirilən bu yubiley şənlikləri, - onlar hələ davam edəcək, - sənin Azərbaycan mədəniyyətinə, incəsənətinə, ümumbəşəri, dünya mədəniyyətinə böyük töhfə verməyinlə bağlıdır. Sənin yaradıcılığın Azərbaycan mədəniyyəti və incəsənətinin ayrılmaz və çox mühüm hissəsi olmuşdur. Sən öz həyatın və yaradıcılıq fəaliyyətin ərzində mədəniyyətimizi, musiqi sənətimizi zənginləşdirmisən, özü də çox zənginləşdirmisən.

Azərbaycan mədəniyyətinin son 40 ildən artıq tarixini Müslüm Maqomayevsiz təsəvvür etmək mümkün deyildir. Doğrudur, bu tarix daha dərinlərə gedir, çünki bizim bugünkü Müslüm Maqomayevin babası görkəmli bəstəkar, musiqiçi idi və dahi Üzeyir Hacıbəyovla birlikdə onlar Azərbaycanda professional musiqinin, opera sənətinin baniləri olmuşlar. Müslüm babasının işini layiqincə davam etdirir, ona görə də Maqomayevlər nəsli təkcə indiki Müslüm Maqomayevin dövründən ibarət deyil, həm də Müslüm Maqomayevin babası, təkrar edirəm, Üzeyir Hacıbəyovla birlikdə Azərbaycanda ilk profesional musiqi, opera sənəti əsərləri yaratdığı dövrdən başlanır.

Müslüm, Allah sənə nadir səs bəxş etmişdir, özü də təkcə səs yox. Allah sənə qabiliyyət, istedad bəxş etmişdir və bunlar sənə özünün bu nadir, bənzərsiz səsindən çox bacarıqla bəhrələnməyə və görkəmli sənət əsərləri yaratmağa və belə görkəmli müğənni, belə görkəmli incəsənət ustası olmağa imkan vermişdir.

Mən bu gün burada sənin tərcümeyi-halını, yaxud da yaradıcılıq bioqrafiyanı danışmaq fikrində deyiləm. Hesab edirəm ki, bunun üçün hələ qarşıda vaxt var. Yəqin ki, bu da ediləcəkdir. Ancaq mən sənin, cəmiyyətdə heç kimin tanımadığı gəncin birdən-birə öz səsinlə və öz mahnılarınla hamını heyran etdiyin o illəri xatırlayıram. Məncə, sən öz yaradıcılığına Xəzər Gəmiçiliyi dənizçilərinin mədəniyyət evinin özfəaliyyət ansamblında başlamısan. Bu, yəqin ona görə idi ki, sən onun yanında yaşayırdın, bəlkə də başqa səbəb vardı, mən bilmirəm. Yəqin, sən hələ uşaqlıq illərində oraya gedirdin və özünü göstərirdin. Xatirimdədir, o vaxtlar sənin çıxışın çoxları üçün, o cümlədən mənim üçün, musiqi, incəsənət ilə maraqlanan insanlar üçün olduqca əhəmiyyətli hadisə idi. Ola bilsin ki, sənin yaradıcılığının ilk illərində ona kifayət qədər diqqət yetirilməmişdir. Mən bunu da xatırlayıram. Amma onun yaradıcılığı, yəni onun səsi və mahnıları ifa etməsi o dərəcədə heyrətamiz idi, Azərbaycanda təkcə ayrı-ayrı adamlara deyil, bütün cəmiyyətə o dərəcə təsir göstərirdi ki, Müslim məşhurlaşdı və öz sevimli işi ilə fəal məşğul olmağa başladı.

Müslüm, mən səninlə bir çox illər ərzində dostluq münasibətlərində olmuş bir adamam, mən də, ailəm də. Bəlkə də mənim rəyim subyektivdir, ona görə yox ki, biz dostuq, məhz ona görə ki, açığını deyəcəyəm, mən sənin mahnılarını çox sevirəm. Mahnıları hamı ifa edir. Lakin eyni bir mahnını müxtəlif ifaçılar müxtəlif cür ifa edirlər. Müslümü bütün digər ifaçılardan fərqləndirən xüsusiyyət budur ki, o, hər hansı bir mahnını ifa etməyə başladıqda ona öz aranjimanını, özünün müəyyən çalarlarını verirdi və bu mahnı elə səslənirdi ki, sanki yenicə yazılmışdır. Mən sənin mahnılarını təhlil edə bilərəm. Çünki sənin hər bir mahnın böyük sənət əsəridir, amma indi mən bunu etməyəcəyəm, bəlkə də sonralar nə vaxtsa bunu da edəcəyəm.

 

Ona görə ki, biz bu gün səni təbrik etmək üçün toplaşmışıq və mənim müstəqil Azərbaycan Respublikasının ali mükafatını sənə təqdim etmək kimi sevindirici missiyam vardır. Amma bununla belə, mən bu barədə ona görə danışıram ki, həm incəsənət həvəskarı, həm mahnı həvəskarı, həm öz Azərbaycan xalqını, öz torpağını sonsuz məhəbbətlə sevən bir insan, həm də 30 ildən artıq Müslüm Maqomayevlə yaxın dost olan bir insan kimi bütün bunları deməyə bilmirəm.

Görünür, tale Müslümün də, mənim də üzümə gülmüşdür ki, 1969-cu ildə mən Azərbaycanın rəhbəri seçiləndə Müslümü himayə etməyə başladım. Belə istedadlı müğənninin himayəyə bir o qədər ehtiyacı yoxdur, bununla belə, bizim yaşadığımız həmin dövrdə, həmin ab-havada bu da lazım idi. Məsələn, mən bunu məhz ona görə edirdim ki, Azərbaycanın görkəmli musiqiçisi, müğənnisi, bəstəkarı, çox mürəkkəb mahnıların ifaçısı irəli çəkilsin və bununla da o, incəsənəti daha da zənginləşdirir və bizim ölkəmizin, Azərbaycanın, xalqımızın başını ucaldırdı. O dövrdə, elə bu gün də mənim vəzifəm hər bir istedadlı adama əlimdən gələn köməyi göstərməkdən ibarət olmuşdur. Yeri gəlmişkən, mən indi də bununla məşğul oluram. Lakin 30 il bundan əvvəl məhz belə şərait məni Müslümlə daha da yaxınlaşdırdı. Amma burada başqa məsələ də var, əlbəttə, mən respublikanın rəhbəri kimi, o zaman da, indi də istedadlı adamlara, ələlxüsus gənc istedadlara kömək göstərirəm, onları himayə edirəm, bununla belə, onların hər biri ilə şəxsi dostluq münasibətləri saxlamağa imkanım yoxdur. Müslümə gəldikdə isə, ailəmiz də, mən də onunla çox yaxın olduq. Müslümlə ünsiyyətdə olmaq çox xoş idi, eyni zamanda, bu görüşlər mənə onun işlərindən xəbərdar olmağa imkan verirdi. Müslüm həyatının, əgər belə demək mümkündürsə, ilk dövründə öz istedadını parlaq şəkildə nümayiş etdirir, bununla belə, çox sərbəst həyat sürürdü. Mən ona məsləhət görürdüm ki, bütün bunlar yaxşıdır, ancaq ailə, ömür-gün yoldaşı barədə də fikirləşmək pis olmazdı. O, mənə qulaq asır, ancaq öz bildiyini edirdi. Yeri gəlmişkən, o, elə bir adamdır ki, onu istəmidiyi bir şeyi etməyə məcbur etmək qeyri-mümkündür. Əgər özü nəyi isə istəmirsə, bunu ona məcburən etdirmək mümkün deyildir. Mən də heç vaxt belə iş görməmişəm. Əvvəla, bu, mənim xarakterimə xas olan xüsusiyyət deyil, ikincisi, fikirləşirdim ki, qoy, Müslüm nə etmək istəyirsə, etsin. Ancaq ona məsləhətlər verirdim. Bu məsləhətlər də faydalı oldu. Budur, birdən 1972- ci ildə Tamara Sinyavskaya Azərbaycana gəldi. Ancaq o, tək gəlməmişdi, Rusiyanın görkəmli incəsənət xadimlərinin böyük qrupu da burada idi. Biz Azərbaycanda Rusiya Mədəniyyəti günləri keçirirdik. Bax, görürsünüzmü, Müslüm neçə illər idi ki, Moskvada yaşayırdı, orada gəzirdi, amma onu orada yox, burada, Bakıda tapdı.

Mən bunu hiss etmişdim. Xatirimdədir, biz, bütün nümayəndə heyəti böyük bir bərə ilə Neft daşlarına gedirdik. Nümayəndə heyətində minədək adam vardı. Mən axıra yaxın gəlib çıxdım, təbii ki, qonaqlardan kimlərin burada olduğu barədə mənə məlumat verdilər. Məni narahat edən bu idi ki, onlardan kiminsə başına bir iş gəlməsin. Mənə dedilər ki, siyahı üzrə, Müslüm Maqomayevdən savayı, qalan hamı bərədədir. Dedim: Bəs Müslüm hanı, onu tapın. Mən, hətta, bərəni təxminən yarım saat saxlatdırdım. Sonra gəlib mənə dedilər ki, Heydər Əliyeviç, bilirsinizmi, gözləmək lazım deyil, çünki Tamara Sinyavskaya da yoxdur, nümayəndə heyətində o da vardı. Ona görə də güman ki, onlar olmayacaqlar. Düşündüm, yaxşı, qoy onlar qalsınlar. Onların dostluğu da, bax, o günlərdə başlamışdır. Şadam ki, bundan az sonra o, mənə bildirdi ki, evlənmişdir. Mən onları Bakıya dəvət etdim, biz burada onların evlənməsini mənim ailəmdə və bəzi həmkarlarımın iştirakı ilə məhdud bir dairədə qeyd etdik. Mən o günü yaxşı xatırlayıram. Yəqin ki, Tamara da yaxşı xatırlayır. Mən bunu niyə danışıram? Şadam ki, Müslümün ailə həyatı uğurlu oldu. Bu, hər hansı bir adam üçün çox mühümdür, mədəniyyət, incəsənət xadimləri üçünsə, - onların həyat tərzi başqa adamların həyat tərzindən, hər halda, bir qədər fərqlənir, - belə sabit ailə həyatı, zənnimcə, nadir hadisədir. Odur ki, mənə elə gəlir, Müslüm ailə qurarkən nəinki düzgün seçim etmişdir, həm də onlar artıq 30 ildir birgə yaşayırlar. Mən onların ailə həyatına bələdəm və heç zaman belə bir xəbər almamışam ki, onlar dalaşıblar və barışdırmaq üçün onlara kömək etmək lazımdır. Əgər barışdırmaq lazım gələrdisə, bunu mən etməli idim, amma mən heç zaman belə məlumat almamışam.

Bax, Tamara Sinyavskaya görkəmli şəxsiyyətdir, rus müğənnisidir, Böyük Teatrın solistidir, onun zəngin yaradıcılığı var. Yaxşı ki, onlar bir-birini qısqanmırlar, rəqabət aparmırlar, əksinə, bir-birinə kömək edirlər. Bilirəm ki, onların belə sağlam və möhkəm, böyük məhəbbətə əsaslanan ailə həyatında Tamara böyük rol oynamışdır və oynayır. Mən 30 il əvvəl şad oldum, ona görə ki, sözün düzü, Müslüm sarıdan çox narahat idim: axı, onun o qədər pərəstişkarları vardı. Moskvada bizim daimi nümayəndəliyin nəzdində mehmanxana vardı, bizim tikdirdiyimiz yox, ondan kiçik bir mehmanxana idi. Orada mənzil tipli bir neçə otaq vardı, mən onlardan birini Müslüm üçün ayırdım, o, Tamara ilə hələ ailə qurmazdan əvvəl orada yaşayırdı. Mənə deyirdilər ki, milisin peşəsi ardı-arası kəsilmədən bu binaya gəlib, pilləkənlərin üstünə gül-çiçək qoyan qızları qovmaqdır. Buna görə də mən o vaxt çox narahat olurdum və istəyirdim ki, o, belə vəziyyətdən tezliklə canını qurtarsın və ailə qursun. Belə də oldu.

 

Ona görə də indi biz Müslümün böyük yaradıcılıq yolundan, böyük xidmətlərindən, musiqi sahəsində görkəmli fəaliyyətindən, ifaçılıq sənətindən danışarkən, mütləq Tamara haqqında da danışmalıyıq, çünki 30 ildir onlar birlikdədirlər, yaradıcılıqları artıq onların ailəsinin yaradıcılığıdır. Doğrudur, onların hər biri müxtəlif janrlarda çıxış edir. Bir sözlə, Müslümün belə gözəl xanımı olduğuna görə Tamaraya həmişə minnətdar olmuşam. Mən hələ onu demirəm ki, biz xalqımızın Tamara Sinyavskaya kimi belə bir gəlini olması ilə həmişə fəxr etmişik. Lakin Tamara haqqında ayrıca danışmaq lazımdır, biz nə vaxtsa, onun da yubileyini qeyd edəcəyik, onun hələlik 60 yaşı yoxdur. Müslümün isə 60 yaşı tamam olur.

Məncə, Müslüm bu gün 30 il əvvəl oxuduğu kimi oxuyur. Düzdür, o özünə tənqidi yanaşır, buna görə də ona elə gəlir ki, bu, belə deyil. Amma mən onu 30 ildən çoxdur dinləyirəm. Onun ifasında xüsusilə sevdiyim mahnılar var, mən onları dinləyirəm və fərq görmürəm. Müslüm çox mahnılar yaratmışdır, yəni o, özünü bəstəkar kimi də gözəl tanıtmışdır. Ancaq onun ən görkəmli mahnısı Azərbaycana həsr etdiyi mahnıdır. Bu mahnı Azərbaycanın himni kimi səslənir. O, həmin mahnını, musiqini 1970-ci illərin ortalarında gözəl şairimiz Nəbi Xəzrinin sözlərinə bəstələmişdir. Amma ən başlıcası budur ki, Müslüm bu mahnını elə yaratmış, elə ifa etmişdir ki, onu heç kim belə ifa edə bilmir. Yaxşıdır ki, o, bu mahnını belə ifa edir, amma pisdir ki, bunu heç kim onun kimi oxuya bilmir. Ona görə də heç kim onu oxumağa cürət etmir. Bu, müstəsna mahnıdır. Bu mahnı ayrıca bir görkəmli əsər kimi tarixə daxil ola bilər və yəqin ki, daxil olacaqdır. Müslümün ifasında bu mahnını mən hər dəfə böyük həyəcanla dinləyirəm. Ancaq bu, yeganə mahnı deyildir, o, çox mahnılar yaratmışdır. Mən onun opera sənətində də çox işlər gördüyündən, yaxşı heykəl düzəltdiyindən, yaxşı şəkil çəkdiyindən danışmayacağam. İki il əvvəl o, portretimi cəkib mənə bağışladı. Mən ona çox minnətdaram, çünki bilirəm ki, o, həmin portret üzərində günlərlə, bəlkə də aylarla işləmişdir. O, portretdə məni özünün düşündüyü kimi çəkmişdir. Bu baxımdan portret mənim üçün çox qiymətlidir, bir də ona görə qiymətlidir ki, əvvəla, onu Müslüm çəkmişdir, ikincisi isə, bilirəm ki, onun üzərində günlərlə işləmişdir. Deməli, orada öz hisslərini ifadə etmişdir.

Müslümün incəsənətdə hər şeyi var və bu gün Müslüm özünün 60 illiyini qeyd edir. Daha doğrusu, biz qeyd edirik, özü bəlkə də qeyd etmək istəmirdi, amma biz qeyd edirik və düşünürəm ki, bu, sadəcə olaraq, bir mərhələdir, biz Müslümün səsini bundan sonra da həmişə eşidəcəyik. Elə bir səs ki, o, heç kimdə yoxdur. Dünyada görkəmli müğənnilər çoxdur, amma belə səs heç kimdə yoxdur. Qoy, heç kəs məndən inciməsin, mən öz subyektiv fikrimi söyləyirəm. Hətta deyərdim ki, bu, subyektiv fikir deyil, obyektiv təhlilə, obyektiv müqayisəyə əsaslanır.

Müslüm, Allah eləsin, bütün bunların hamısı qorunub saxlansın, Allah eləsin, səndəki enerji daha da artsın, sən həmişə irəliyə daha çox baxasan. Yeri gəlmişkən, dünən televiziyada səni gördüm. Dediklərin mənim xoşuma gəldi. Sən dedin ki, nikbin olmaq lazımdır. Sən düz dedin. Nikbin olmaq lazımdır. Nikbin olmağa sənin hər cür əsasın vardır. Mən səni təbrik edirəm.

Müslüm, demək olar ki, gənc yaşlarından mükafatlar alır. Azərbaycanın xalq artisti adını alanda onun 29 yaşı var idi. Bu, Azərbaycan tarixində ilk hadisə idi. Onda 1971-ci il idi. Elə həmin il o, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olundu. 2 ildən sonra, 1973-cü ildə ona SSRİ xalq artisti adı verildi. O zaman onun 31 yaşı vardı. Sovet İttifaqında heç kim bu yaşda belə yüksək ada layiq görülməmişdi. Ona görə də deyirəm ki, Müslüm gənc yaşlarından mükafatlar alır. Müslümün 55 yaşı tamam olanda mən onu Azərbaycanın “Şöhrət” ordeni ilə mükafatlandırdım və elə burada ona təqdim etdim. İndi artıq 5 il keçib, bu illərin necə ötdüyünü heç hiss etmədik. İndi isə Müslüm Azərbaycanın ən yüksək ordeni - “İstiqlal” - ordeni ilə təltif olunmuşdur. Azərbaycanın müstəqilliyi XX əsrin sonunda qazandığımız ən dəyərli nailiyyətdir. Biz xoşbəxtik ki, dövlət müstəqilliyini əldə etmişik, bizim öz müstəqil dövlətimiz var, xalqımız öz müstəqil dövlətində yaşayır. Bax, elə bu hadisə şərəfinə bizim ali mükafatımız “İstiqlal” - adlandırılmışdır. Müslüm də bu ordenlə təltif olunmuşdur.

Müslüm, mən səni təbrik edirəm, sənə möhkəm cansağlığı arzulayıram.

X x x

Prezident Heydər Əliyev “İstiqlal” ordenini, ordenin vəsiqəsini, yubiley münasibətilə təbrik məktubunu, ordenlə təltif olunması barədə Fərmanın əslini Müslüm Maqomayevə təqdim etdi.

X x x

Sonra Müslüm Maqomayev mərasimdə çıxış etdi.

 

MÜSLÜM MAQOMAYEVİN ÇIXIŞI

Son vaxtlar Azərbaycan jurnalistləri tez-tez sual verirlər ki, nə üçün mən Azərbaycanda az-az oluram, bununla yanaşı, öz vətəndaşlığımı dəyişmədiyimi də qeyd edirlər. Deməliyəm ki, bütün bayramlarda, ən yüksək tədbirlərdə Azərbaycanda olmaqdan çox şadam. Zənnimcə, heç vaxt vədimə xilaf çıxmamışam və həmşə gəlmişəm indi burada öz 60 illik yubileyimi qeyd etdiyimə görə xoşbəxtəm, özü də, Heydər Əliyeviç, yubileyimi Sizinlə qeyd etdiyimə və bu orden lentini boynuma şəxsən Siz saldığınıza görə ikiqat xoşbəxtəm. Mən bunu tamamilə səmimi deyirəm, saxta təriflərdən çox uzağam. Çox sağ olun.

X X X

Mərasim başa çatdıqdan sonra Prezident Heydər Əliyev görkəmli müğənni Müslüm Maqomayevin yubiley şənliklərində iştirak etmək üçün Azərbaycana gəlmiş MDB ölkələrinin mədəniyyət xadimləri, o cümlədən SSRİ xalq artistləri Dmitri Qnatyuk və Mariya Stefyukla görüşdü. Dövlətimizin başçısı Azərbaycanın mədəniyyət xadimlərini də səmimiyyətlə salamladı.

X X X

 

Sonra Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV jurnalistlərin suallarına cavab verərək dedi: 

- Görürsünüz, neçə Fərman vermişəm. Hələ bir neçəsini də bu günlərdə verəcəyəm. Məsələn, lisenziyalaşdırma haqqında verdim. Əgər onun mənasını bilsəniz, görərsiniz ki, sahibkarlara nə qədər böyük imkan yaradır. Çünki indiyə qədər olan vəziyyət belə idi ki, 240 fəaliyyət növü üçün lisenziya alınmalı idi. Yaxud da lisenziyanı 3 aya verirdilər. Üç aydan sonra yenidən gedib lisenziya almalı idin. İndi lisenziya beş ilə qədərdir. Lisenziyanı al, işlə. Beş il işləyə bilərsən, işlə. Lisenziyaların sayını da azaltdım, cəmi 30 dənədir. Qalan fəaliyyət növləri lisenziyasızdır. İndi görün, mən sahibkarlara nə qədər böyük imkanlar yaratmışam.

SUAL: Cənab Prezident, Naxçıvanda olarkən bildirmişdiniz ki, referendumdan sonra müşavirə keçirəcəksiniz. Onu keçirəcəksinizmi?

CAVAB: Keçirəcəyəm. Amma bu Fərmanlar ki var, mən imzalayıram, bunlar hamısı hazırdır. Mən onların hamısını mətbuata birdən vermək istəmirəm. Çünki onların hər birini gərək oxusunlar, dərk eləsinlər, yerinə yetirməyə başlasınlar. İndi iki-üç Fərman da qalıbdır. Mən onları da imzalayıb verəndən sonra böyük müşavirə keçirəcəyəm.

SUAL: Cənab Prezident, Siz dünən bildirdiniz ki, EKO təşkilatının zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə gedəcəksiniz. Müşavirə ondan əvvəl olacaq?

CAVAB: Türkiyəyə oktyabrda gedəcəyəm. Müşavirə ondan əvvəl olacaqdır.

SUAL: Cənab Prezident, yaxın günlərdə Minsk qrupu həmsədrləri Azərbaycana gələcəklər. Onların hansısa yeni təklifləri varmı? Azərbaycan hansısa təkliflə çıxış edəcəkmi?

CAVAB: Gələrlər, görərik.

X X X

Mərasimdə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, mədəniyyət naziri Polad Bülbüloğlu, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun və

Rafiq Bağırovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib