Göyçayda budo döyüş növü üzrə seminar keçirilmişdir
Göyçay, 9 may (AZƏRTAC). Azərbaycan Budo Döyüş növləri Federasiyasının təşkilatçılığı ilə mayın 8-də Göyçay Olimpiya İdman Kompleksində seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə 12 şəhər və rayondan 110 idmançı iştirak etmişdir. İdmançıların döyüş ustalığının artırılması məqsədilə keçirilən tədbirin sonunda kəmər imtahanı olmuşdur. İmtahanda ən yüksək nəticəyə - 3-cü dan qara kəmərə Göyçay idmançısı, budo üzrə Azərbaycan çempionu Vasif Abdullayev layiq görülmüşdür. Daha 38 idmançıya isə aşağı dərəcəli - ağ, yaşıl, narıncı, göy və qəhvəyi kəmərlər verilmişdir.
Kəmərləri idmançılara federasiyanın prezidenti Faiq Rəfiyev təqdim etmişdir.
Seminarda iştirak edən budo üzrə milli yığma komandanın üzvləri gələn ay Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]