Göygöldə minik avtomobili aşıb, xəsarət alanlar var VİDEO
Göygöl, 28 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Göygöldə yol nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan "Opel" markalı minik avtomobili yoldan çıxaraq aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı 24 yaşlı Eltac Əzizov və 20 yaşlı Cavid Eyvazov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.