“Grand Swiss 2019” super turnirinin keçiriləcəyi yer və tarix açıqlanıb
Bakı, 18 fevral, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) “Grand Swiss 2019” super turnirinin keçiriləcəyi tarixi və yeri açıqlayıb.
AZƏRTAC FIDE-nin saytına istinadla xəbər verir ki, turnir bu il oktyabrın 7-dən 21-dək İngiltərənin Men adasında keçiriləcək. Turnirin ümumi mükafat fondu 400 min ABŞ dolları təşkil edəcək. Yarışda 160 şahmatçı mübarizə aparacaq. Onlardan yalnız biri iddiaçılar turnirinə vəsiqə qazanacaq. İştirakçılardan 105-i FIDE-nin əvvəl açıqladığı qaydalar üzrə yarışa qatılmaq hüququ qazanacaq. Digər iştirakçılar isə yarışın təşkilat komitəsi ilə FIDE tərəfindən müəyyənləşdiriləcək. Bunlar əsasən qadınlar, gənclər, yeniyetmə şahmatçılar və yerli idmançılar olacaqlar.
Turnirdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynov iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]