Güclü külək Ağdam və Tərtər rayonlarına ziyan vurmuşdur
Ağdam, 14 mart (AZƏRTAC). Martın 13-də axşam saatlarından başlayan güclü külək Ağdam və Tərtər rayonlarının yaşayış məntəqələrinə ziyan vurmuşdur.
AZƏRTAC xəbər verir ki, külək nəticəsində Ağdam rayonunun Quzanlı qəsəbəsi, Qaradağlı, Xındırıstan və Çəmənli kəndlərinin hər birində 100 kv-luq transformator yanmış, 50-dək elektrik dirəyi aşmış, 5200 metr elektrik naqili yararsız hala düşmüş, rayonun yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi kəsilmişdir.
Tərtər rayonunun Qapanlı, Qarağacı, Sarov və Səhləbad kəndlərində fərdi yaşayış evlərinin dam örtüklərinə ziyan dəymiş, 10 ədəd elektrik dirəyi aşmışdır.
Təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]