Güclü zəlzələ Kolumbiyada dağıntılara səbəb olub, ölənlər və yaralananlar var
Bakı, 10 avqust, AZƏRTAC
Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində bir sıra şəhərlərdə binaların dağıldığı, insanların öldüyü və xəsarət aldığı bildirilir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ölkənin Geologiya Xidmətinin məlumatına görə, 7,4 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:34-də (Qrinviç vaxtı ilə 12:34) ölkənin Çoko vilayətində 103 kilometr dərinlikdə baş verib.
Məlumata görə, hadisə zamanı 30-a yaxın insan ölüb, yaralılar var.
Zəlzələ episentrdən yüzlərlə kilometr şərqdə yerləşən paytaxt Boqotada da hiss olunub və burada bir neçə binanın sakinləri təxliyə ediliblər.
Kali şəhərinin meri azı 20 binaya zərər dəydiyini diqqətə çatdırıb.
Ölkənin aviasiya qurumu Pereyra, Manizales, Kibdo, Armenia, Kartaqo və Buenaventura şəhərlərindəki hava limanları da daxil olmaqla, bir sıra regional hava limanlarında zərərin qeydə alındığını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [20:10]
Ukrayna dronları Rusiyanın neft-kimya kompleksinə zərbə endirib
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]